Accessibility links

Məhkəmə Azadlıq qəzetinin müxbirinin azadlığını məhdudlaşdırıb


Təzəxan Mirələmli

Özünü videobloger kimi təqdum edən Ata Abdullayevin iddisaı ilə məhkəmə Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirələmlini məhkum edib.

İyunun 19-da Bakının Xətai rayon Məhkəməsi jurnalisti Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə təqsirli bilərək 1 il azadlığının məhdudlaşdırılması barədə hökm çıxarıb.

Məhkəmə hökmünə əsasən, Mirələmli elektron qolbaqla gəzməli, gecə saat 23-dən səhər saat 7-dək yaşayış yerini tərk edə bilməz.

Həm Ata Abdullayev, həm də Təzəxan Mirələmli hökmdən narazı qalıb. Abdullayev onun həbs olunmasını tələb edir. Mirələmli isə hökmü jurnalist kimi peşə fəaliyyətinin məhdudlaşdırılması, ifadə azadlığına müdaxilə kimi qiymətləndirir.

Təzəxan Mirələmli: Məhkəmənin hökmü jurnalist fəaliyyətimi məhdudlaşdırmağa yönəlib
please wait

No media source currently available

0:00 0:02:49 0:00
Direct link

"Məhkəmənin hökmü bütün mənalarda mənim jurnalist fəaliyyətimin məhdudlaşdırılmasına və tam nəzarətdə saxlanmağıma yönəlib. Çünki qolumda gəzdirəcəyim çox baha qiymətə başa gələn elektron bilərziklə harada olduğumu öyrənəcəcklər. Belə çıxır ki, gecə hansısa hadisə baş verərsə mən jurnalist kimi gedə bilmərəm. Məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəm. Çünki baş verənlər siyasi məqsədlərlə hüquq və azadlıqlarımın məhdudlaşdırılmasıdır," Mirələmli deyib.

Təzəxan Mirələmli fevralın 26-da - Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Ana harayı" abidəsinin yaxınlığında Ata Abdullayevi vurmaqla xuliqanlıq etməkdə günahlandırılır.

Lakin o, özünü təqsirli bilmir. Deyir ki, Milli Şura üzvləri abidəni ziyarət edəndə o da həmin yerdə çəkiliş aparıb. Bu vaxt Abdullayev çəkilişə mane olub, təhqiramiz ifadələr səsləndirib, təxribata çəkməyə çalışıb.

“Mən ondan bu cür hərəkətlərə son qoymasını tələb etdim,” o qeyd edib.

XS
SM
MD
LG