Accessibility links

Məhkəmə icra hakimiyyətinin keçmiş başçısını 8,5 il azadlıqdan məhrum edib


Ceyhun Cəfərov
Ceyhun Cəfərov

Bu gün, oktyabrın 22-də Lənkəran Rayon Ağır Cinayətlər Məhkəməsi Kürdəmir rayonun İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov və bu rayonun digər vəzifəli şəxsləri barəsində hökm çıxarıb.

Belə ki, Ceyhun Cəfərov 8,5 il azadlıqdan məhrum edilib, ona 2 il 6 ay müddətinə vəzifə tutmaq qadağan olunub.

Digər təqsirləndirilən şəxslər - Tacəddin Novruzov 8,5 il, Natiq Kərimov 8,5 il, Emin Sadıqov 4 il, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəcəb Hüseynovun hər biri 8 il, Sərvər Məmmədov 2,6 il azadlıqdan məhrum edilib.

Sözügedən şəxslər korrupsiya, səlahiyyətdən sui-istifadə, vəzifə saxtakarlığı, mənimsəmə və sair ittihamlar üzrə təqsirli bilinib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər rayonun tibb müəssisələrindən ümumilikdə 137 min manat (80 min dollar), təhsil müəssisələrindən 120 min manat (70 min dollar), kommunal müəssisədən 58 min manat (35 min dollar), daha bir müəssisədən 71 min manat (41 min dollar) rüşvət alıblar.

Onların hamısı 2020-ci ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

XS
SM
MD
LG