Accessibility links

Məhkəmə ictimai fəalı sərbəst buraxıb


Martın 20-də gecə saat 2 radələrində Bakının Suraxanı qəsəbəsində dəmiryol stansiyasının yaxınlığında qanunsuz olaraq obyekt tikintisi aparılması zamanı çəkiliş aparan ictimai fəal Fuad İsmayılov polis tərəfindən saxlanılıb.

Bu barədə Fuad İsmayılovun özü Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, polis İsmayılovu 15 saatadək saxlayıb. Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi daha sonra fəalın İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə cəzalandırlmasını məhkəmədən xahiş edib.

Vəkil Elçin Sadıqov bildirirb ki, Suraxanı rayon Məhkəməsi Fuad İsmayılovun əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib hissəsi olmadığından inzibati xəta üzrə icraata xitam verib. Fuad İsmayılov məhkəmə zalında sərbəst buraxılıb.

Fuad İsmayılov bundan öncə də bir neçə dəfə inizbati həbsə məhkum edilib. O, 2020-ci il fevralın 21-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara seçki qanunvericiliyinin pozulmasına etiraz olaraq "Fu Məzi” şüarı (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr səsləndirir-red.) yazdığına görə saxlanıldıqdan sonra ictimai diqqətə gəib.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq ölkədə insanların ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG