Accessibility links

Məhkəmə jurnalistə 5 il 6 ay şərti cəza verib


Anar Məmmədov

Bakı Ağır Cinayətlər Məhkəməsi criminal.az saytının baş redaktoru Anar Məmmədova 5 il 6 ay şərti cəza verib.

Bu barədə martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.

Hökmə əsasən, Anar Məmmədov Gəncə şəhərinin icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayev aralarında yaranana insident barədə yazılara görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz.

Jurnalist özünü təqsirli bilmir. Məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.

2018-ci il iyulun 9-da Baş Prokurorluq internetdə həmin ilin yayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminal.az, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.

XS
SM
MD
LG