Accessibility links

Məhkəmə jurnalistə qarşı iddianı qismən təmin edib


Sevinc Vaqifqızı (foto-Pərvanə Bayramova)
Sevinc Vaqifqızı (foto-Pərvanə Bayramova)

İddiaçı hesab edir ki, jurnalist onun şərəf və ləyaqətini təhqir edib

Binəqədi Rayon Məhkəməsi hakim Emil Əliyevin sədrliyi ilə 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarovanın jurnalist Sevinc Vaqifqızına qarşı iddiasını qismən təmin edib.

İddiaya jurnalistin 2018-ci il 11 aprel prezident seçkilərində Nizami ikinci seçki dairəsinin 25 saylı seçki məntəqəsində səsvermə prosesindən hazırladığı videosüjet səbəb olub.

Bu məntəqə sözügedən məktəbin binasında yerləşirdi.

Yazının başlığını doğru hesab etdiyim üçün qətnamədən razı deyiləm, ona görə Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyəm.

İddiaçı hesab edir ki, jurnalist onun şərəf və ləyaqətini təhqir edib.

O, Meydan.TV saytından, "Azadlıq" qəzetinin saytından materialın silinməsini, jurnalistin üzr istəməsini və "mənəvi ziyanın" ödənilməsi üçün 2500 manat cərimə edilməsini tələb edir.

Məhkəmə qətnamə çıxarmazdan əvvəl hakim tərəflərdən barışıq əldə edilib-edilmədiyini soruşub. Elmira Alandarovanın nümayəndəsi qismində çıxış edən həyat yoldaşı Rasət Qasımov cavab verib ki, o, sonuncu prosesdə qarşı tərəfə nişanlısı ilə xoşbəxtlik arzulasa da, onlar üzr istəməyiblər.

Sevinc Vaqifqızı Amerikanın Səsinə verdiyi müsahibəsində bildirib ki, Rasət Qasımov yenidən vəsatət qaldırıb ki, qarşı tərəf üzr istəməli, təzminat ödəməli və materiallar yayılan saytlardan silinməlidir. Amma hakim vəsatəti rədd edib.

Məhkəmə jurnalistə qarşı iddianı qismən təmin edib
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Bundan sonra hakim Emin Əliyev iddiaları təmin etməyib, qətnamədə yalnız o bildirilib ki, xəbərin başlığı həqiqətə uyğun deyil:

“Direktor müavini Elmira Alandarova 25 saylı Nizami II seçki dairəsində “karusel”ə nəzarət eməyib”. Məhkəmə prosesi yekunlaşanda Rasət Qasımov jurnalistin nişanlısına hücum edərək, onu təhqir edib. Onun bu hərəkətindən məhkəməyə şikayət edilib. Sevinc Vaqifqızı məhkəmənin qətnaməsindən apellyasıya şikayəti verəcəyini deyib:

“Yazının başlığını doğru hesab etdiyim üçün qətnamədən razı deyiləm, ona görə Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyəm” - deyə jurnalist bildirib.

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib, seçkilərin yekunlarına görə İlham Əliyev ardıcıl olaraq dördüncü dəfə ölkə prezidenti seçilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasi yekun hesabatında hər yerdə səsvermə qaydalarının pozulduğunu, kifayət qədər şəffaflıq olmadığını, seçki bülletenlərinin atıldığını qeyd edib.

XS
SM
MD
LG