Accessibility links

Məhkəmə jurnalisti şərti cəzadan azad edib


Əziz Orucov
Əziz Orucov

Əziz Orucov Kanal13 İnernet televiziyasının təsisçilərindəndir

Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsi "Kanal-13" internet televiziyasının təsisçilərindən Əziz Orucovun üzərindəki şərti cəzanı və məhkumluğu götürüb.

Bu barədə Əziz Orucov Amerikanın Səsinə bildirib.

“Bu da axırı... 11 ay 6 gecə 5 gün zindan həyatı yaşadım. İki il şərti məhkumluq! Biabircılıq bitdi. Şərti məhkumluq axır ki, aradan qaldırıldı,” o, Facebook səhifəsində yazıb.

Ötən il noyabrın 5-də Bakı şəhəri Nəsimi rayon Məhkəməsi Orucovun üzərindəki şərti cəzanın və məhkumluğun götürülməsi ilə bağlı iddiasını təmin etməyib.

Şərti məhkumluğun yaratdığı çətinliklərdən danışan Əziz Orucov ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, mütəmadi məhkəmə icraçılarıyla əlaqədə olmağa, onların çağırışlarına getməyə məcbur olduğunu söyləyib.

Əziz Orucov 2017-ci ilin mayında həbs edilib və 2017-ci ilin dekabrın 15-də 6 il həbsə məhkum edilib. O özünü təqsirkar bilməyib.

2018-ci il arelin 4-də Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.

Məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq 192.2.2-ci maddə (qanunsuz sahibkarlıq) üzrə ittihamı Orucovun üzərindən götürüb.

308.2-ci maddə (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) üzrə ittiham isə daha yumşaq - 308.1-ci maddəyə tövsif edilib.

Onun cəza müddəti 3 ilədək azaldılıb və məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib - üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.

XS
SM
MD
LG