Accessibility links

Məhkəmə jurnalisti həbsdə saxlayıb


Polad Aslanov dövlətə xəyanətdə ittiham olunur

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan jurnalist Polad Aslanovun şikayətinə baxıb. O, ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı şikayət verib, amma məhkəmə şikayəti təmin etməyib.

Gülmirə Aslanova
Gülmirə Aslanova

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə müsahibəsində bildirib ki, jurnalist artıq 54 gündür həbsdədir.

Gülmirə Aslanova: Həyat yoldaşım jurnalist fəaliyyətinə görə həbs edilib
please wait

No media source currently available

0:00 0:03:26 0:00

“54 gün müddətində istintaq orqanı ortaya bir fakt, bir sübut qoya bilməyib və bilməyəcək. Çünki elə bir fakt, sübut yoxdur. Polad Aslanov jurnalist olub, jurnalist fəaliyyətini yerinə yetirib. Onun şərlənərək qeyri-qanuni həbsi jurnalist fəaliyyəti ilə bağlıdır. Tərəfsiz, mövqesiz araşdırma aparıb. Faktlar, sübutlar əsasında apardığı araşdırma nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının korrupsiya və rüşvət faktları ilə bağlı yazılar yazıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının Məşhədə gedən hər bir zəvvar üçün 10 dollar, Kərbəlaya gedən hər bir zəvvar üçün 20 dollar şirkət rəhbərlərindən pul alması ilə bağlı faktlar əsasında yazı yazıb. Rüşvət alınan şirkət rəhbəri YouTube portalında ölkə prezidentinə açıq müracət ünvanlayıb,” Aslanova qeyd edib.

Gülmirə Aslnaova həyat yoldaşının həbsinin 45-ci günü onunla görüşüb

54 gün müddətində istintaq orqanı ortaya bir fakt, bir sübut qoya bilməyib və bilməyəcək. Çünki elə bir fakt, sübut yoxdur. Polad Aslanov jurnalist olub, jurnalist fəaliyyətini yerinə yetirib.
Gülmirə Aslanova, jurnalistin həyat yoldaşı

“Görüşümüz Dövlət Təhlükəsizliyi Xidmətinin bir nəfər əməkdaşı ilə birgə oldu. Göürüşümüz zamanı Polad Aslanov şüşə arxasında idi, telefonla danışdıq və bir nəfər əməkdaşla birgə idi. O, ürək-damar ağrılarından əziyyət çəkir. Sürətlə çəkisini itirir. Hazırda çəkisi 45 kiloqramdan da aşağıdır. Ürək-damar xəstəsidir. Qidalana bilmir. Mənə dedi ki, yatmağa çalışır, amma az bir müddətdən sonra kəskin ağrılardan yuxudan oyanır. O, Azərbaycan prezidentinə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib. Ombudsmanın nümayəndələri və Qırmızı Xaç Komitəsi Aslanova baş çəkib. Həyat yoldaşım istintaqın obyektiv aparılmasını istəyir. Bu gün də məhkəmə qapalı oldu. Onun vəkilləri dedilər ki, kəskin ağrıları var. Gün ərzində bir dəfə güclə qidalana bilir. Çəkisi sürətlə düşməkdədir,” o bildirib.

Xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb, növbəti gün məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Aslanova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılır.

Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət təqibini pisləyir, onun həbsinin əsl səbəbinin jurnalist fəaliyyəti olduğunu hesab edir.

Rəsmi qurumlar ölkədə insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə, baxışlarına görə təqib olunmadığını bəyan edir. Ölkə rəhbərləri insanların bütün fundamental hüquqlarının tam təmin edildiyini və məhkəmələrin azad olduğunu, sifarişlə qərarlar qəbul etmədiyini bəyan edib.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 80-dən çox insanı siyasi məhbus kimi tanıyır. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı ondan çox insanı vicdan məhbusu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG