Accessibility links

Məhkəmə Müsəlman Birliyi Hərəkatının fəalını həbsdə saxlayıb


Razi Hümbətov
Razi Hümbətov

Bu gün, iyulun 14-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Müsəlman Birliyi Hərkatının fəalı Razi Hümbətovun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin həbs qətimkan tədbiri qərarından verdiyi şikayəti təmin etməyib.

Razi Hümbətov iyulun 7-də saxlanılıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürüb və Baş Prokurorluq vasitəsi ilə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müracət edib. İyulun 8-də Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib.

İttihama görə Hümbətovun üzərindən satış məqsədi ilə daşıdığı 66,132 qram tiryək götürülüb.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, Razi Hümbətovun özü bu gün keçirilən məhkəmədə iştirak edib.

“Razi Hümbətov məhkəmədə çıxış edərək dedi ki, saxlanılma zamanı ona qarşı təzyiqlər olub. Bununla bağlı prokurorluğa şikayət edəcəyik.”

Vəkilin sözlərinə görə, Razi Hümbətov ittihamı qəbul etmir və “biabırçılıq” hesab edir.

“Razi Hümbətov özünü təqsirli bilmir. O məhkəmənin diqqətinə çatdırdı ki, tənqidi statuslarına və narkotiklərə qarşı mübarizə ilə bağlı kampaniyanın iştirakçısı olduğuna görə həbs edilib. O narkotiklərə qarşı mübarizə kampaniyasının fəalı olub və narkotiklərə qarşı mübarizə ilə bağlı posterlər yapışdırıb. Hümbətov dedi ki, onda hər hansı narkotik olmayıb. Heç zaman narkotik qəbul etməyib, satışı ilə məşğul olmayıb. Dindar adamdır. Xüsusilə də onu narkotik satışında günahlandırılmasını biabırçılıq kimi qiymətləndirdi. Bildirdi ki, bu ittihamın ona aidiyyatı ola bilməz, heç ona yaxın da ola bilməz,” vəkil qeyd edib.

Cavad Cavadov növbəti addım kimi alternativ imkan tədbirləri ilə bağlı vəsatətlər verəcəyini bildirib.

XS
SM
MD
LG