Accessibility links

Məhkəmə müxalifətçini həbsdən azad etməyib


Fuad Əhmədli
Fuad Əhmədli

Mayın 1-də Suraxanı Rayon Məhkəməsi AXCP üzvü Fuad Əhmədlinin vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması barədə müraciətini təmin etməyib.

Fəalın atası Zəfər Əhmədovun verdiyi məlumata görə iclas 16 saylı koloniyada hakim Elnur Nuriyevin sədrliyilə keçirilib. Ədliyyə Nazirliyinin yanında İctimai Komitə və koloniya administrasiyası F.Əhmədlinin barədə mənfi rəy veriblər. Bunun əsasında məhkəmə Fuad Əhmədlini vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edib.

Fuad Əhmədli 2016-ci ilin avqustunda "Əməliyyat-axtarış fəaliyyəti haqqında qanun"un pozulması, "Azerfon" mobil rabitə istifadəçilərinin şəxsi məlumatlarının yayılması ittihamı ilə həbs olunub. Bundan əlavə, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. 2017-ci il iyunun 16-da F.Əhmədli 4 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Fuad Əhmədli siyasi məhbus kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG