Accessibility links

Məhkəmə məktəb direktorunu həbs etmədi


Məhkəmə məktəb direktorunu həbs etmədi
please wait

No media source currently available

0:00 0:04:05 0:00

Elina Hacıyevanın ailəsi məktəb direktorunun həbs olunmasını istəyir

Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Bakıdakı 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı intihama görə cinayət məsuliyyətinə cəlb olunan məktəbin direktoru Sevinc Abbasova barəsində həbs qətimkan tədbiri seçilməsi barədə şikayətə baxılıb.

Elinanın ailəsi direktorun barəsində ev dustaqlığı qətimkan tədbirinin daha iki ay uzadılması barədə Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Bu şikayətə qapalı iclasda baxılaraq şikayət təmin edilməyib.

Vəkillər jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Elinanın ölümündə həkimlərin məsuliyyətilə bağlı ekspertizanın nəticəsindən narazıdırlar, təkrar ekspertiza keçirilməsi üçün vəsatət veriblər. Müdafiəçilər ekspertizada iştirakını istədikləri mütəxəssisin adını da vəsatətdə qeyd ediblər. Lakin bu hissədə vəsatət təmin olunmayıb.

Vəkil həmçinin istintaqın gedişindəki yeniliklərdən də danışıb.

"İstintaq getdiyinə görə detalları açıqlaya bilmirik. Amma işdə dəlillər var ki, diaqnoz düz qoyulmayıb," vəkil bildirib.

Vəkil həmçinin öülüm həddinə çatdırma ittihamı üzrə hələ təqsirləndirlən şəxsin müəyyən edilmədiyini deyib.

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.

Elina Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.​

Sevinc Abbasova məhkəmə binasına girərkən
Sevinc Abbasova məhkəmə binasına girərkən

"Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib", Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər.

Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünün təqsirsizliyini bildirmişdi.

"Təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub. Onun müxtəlif davranışları barədə özü və anası ilə, məktəb psixoloqunun da iştirakı ilə, bir neçədəfə söhbət aparılıb və bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub", direktorun Elina Hacıyeva haqqında yaydığı məlumatda bu sözlər əksini tapmışdı.

XS
SM
MD
LG