Accessibility links

Məhkəmə Mehdi İbrahimovu ev dustaqlığına buraxıb


Mehdi İbrahimov
Mehdi İbrahimov

Bu gün, avqustun 19-da Bakının Xətai rayon Məhkəməsi müdafiə tərəfinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin edib.

Vəkil Aqil Layıcov Amerikanın Səsinə müsahibəsində bildirirb ki, Mehdi İbrahimov məhkəməyə gətirilməyib.

Amma məhkəmənin qərarı ilə o elə bu gün Penitensiar Xidmətin ixtisaslaşmış tibb müəssisəsindən azad edilib və elektron bilərzik taxmaqla ev dustaqlığına göndərilib.

Mehdi İbrahimov avqustun 10-dan azad edilməsi tələbi ilə aclıq edirdi.

Mehdi İbrahimov ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:04:50 0:00

O, 14-15 iyul orduya dəstək aksiyasından sonra saxlanılıb və karantin rejimini pozamaqla koronavirus infeksiyasını yaymaqda ittiham olunub. Mehdi İbrahimov Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 3 ilə qədər azadlıqdan məhrum edilə bilər. Amma Mehdi İbrahimovun evdə qalmaq məcburiyyətində olduğunu sübut edən heç bir tibbi sənəd yox idi. Eyni zamanda, o, aksiyada heç bir qanunsuz əməl törətmədiyini bildirib.

Yaxınları hesab edirlər ki, həbsin səbəbi onun atası - müxalifətçi və keçmiş siyasi məhbus Məmməd İbrahimdir. O, iyulun 26-da saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərər çəkmiş şəxsə böyük ziyan vurmaqla əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya belə hərəkətlərdə fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq tətbiq etmək) və 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) maddələri üzrə ittiham irəli sürülüb. Məmməd İbrahim 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Mehdi İbrahimov və Məmməd İbrahim hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

XS
SM
MD
LG