Accessibility links

Məhkəmə psixoloqa qarşı iddianı icraata götürməyib


Bakının Xətai Rayon Məhkəməsi sosial şəbəkələrdəki ifadələrinə görə, psixoloq Nərmin Şahmarzadəyə qarşı irəli sürülmüş iddianı icraata götürməkdən imtina edib. Ona qarşı böhtanla bağlı iddia Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Araz Musayev tərəfindən xüsusi ittiham qaydasında qaldırılıb. Bu barədə Nərmin Şahmarzadə özü bildirib.

Onun sözlərinə görə, Araz Musayev və vəkilləri Şahmarzadənin Cinayət Məcəlləsinin 147-ci maddə (böhtan) ilə məsuliyyətə cəlb olunmasını, Azərbaycan xalqından üzr istəməsini və 3 il azalıqdan məhrum olunmasını istəyiblər.

Lakin məhkəmə iddianın qanuni əsaslarla verilmədiyini əsas göstərərək onu icraata götürməkdən imtina edib.

Nərmin Şahmarzadənin Facebook səhifəsində Milli Qəhrəman Mübariz İbrahimov haqda söylədiyi fikirlər sosial şəbəkələrdə qalmaqala səbəb olub. O, "döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürməyi" qəddarlıq saydığını yazıb.

Sonradan İbrahimovun valideynlərindən üzr istəyərək bildirib ki, onun sözləri təhrif edilib və o, onların oğlunu qatil adlandırmayıb. İbrahimov 2010-cu il iyunun 18-də ermənilərin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG