Accessibility links

Məhkəmə siyasi fəalın anasının yas mərasimində iştirak etmək üçün Gürcüstana getməsinə icazə verməyib


Tofiq Yaqublu
Tofiq Yaqublu

İyulun 30-da Bakının Suraxanı Rayon Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun anasının yas mərasimində iştirak etmək üçün Gürcüstana getməsinə icazə verməkdən imtina edib. Bu barədə Tofiq Yaqublunun özü bildirib.

O, məhkəmənin qərarını "siyasi sifariş" adlandırıb.

Tofiq Yaqublu 22 mart 2020-ci ildə yol-nəqliyyat hadisəsi ilə bağlı saxlanılıb. Sentyabrın 3-də Yaqublu dörd il və üç ay müddətinə azadlıqdan məhrum edilib. O ittihamı qəbul etməyib və etiraz olaraq aclıq aksiyasına başlayıb. Beynəlxalq hüquq-müdafiə təşkilatları, Avropa İttifaqı, ABŞ Yaqublunun həbsini pisləyən bəyanatlarla çıxış edib. Nəhayət, sentyabrın 18-də məhkəmə həbs qətimkan tədbirini dəyişib və Tofiq Yaqublunu ev dustaqlığına buraxılıb.

Bu il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi cəzanın çəkilməmiş hissəsini 2,5 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəz edib.

Tofiq Yaqublunun anası iyulun 11-də Gürcüstan Respublikasında vəfat edib. Məhkəmə onun anasının dəfn və yas mərasimində iştirakına icazə verməyib.

XS
SM
MD
LG