Accessibility links

Məhkəmə Tofiq Yaqublu barədə şərti cəza kəsib


Tofiq Yaqublu

Bu gün, iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) və Müsavat Partiyasının funksioneri, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun cəzasının çəkilməmiş hissəsini 2 il 6 ay şərti cəza ilə əvəz edib. Bu həm də sınaq müddəti hesab ediləcək. Məhkəmə Yaqublu barəsində ev dustalığı imkan tədbirini ləğv edib.

Bu barədə Yaqublunun özü Amerikanın Səsinə bildirib.

Tofiq Yaqublu 22 mart 2020-ci il tarixində yol nəqliyyat hərəkətini pozmaqda və ər-arvada hücumda günahlandırılaraq saxlanılıb. Müxalifətçi ona qarşı təxribat törədildiyini bildirib. Bununla belə, ötən il sentyabrın 3-də o, dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib.

Yaqublu ittihamının ləğv edilməsi tələbi ilə aclıq elan edib və aclığı 17 gün davam etdirib. Beynəlxalq hüquq müdafiə təşkilatları, Avropa İttifaqı, ABŞ işə yenidən baxmağa çağırıb. Nəhayət, sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirib və Tofiq Yaqublunu ev dustaqlığına buraxılıb.

Bundan sonra Yaqublu birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi bu il yanvarın 28-də məhkəmə baxışını qeyri-müəyyən müddətə təxirə salıb.

İki gün öncə Tofiq Yaqublunun Gürcüstan Respublikasında yaşayan anası vəfat edib. Onun ölkədən çıxışına qadağa qoyulduğundan anasının dəfnində iştirak edə bilməyib. Bu, sosial şəbəkələrdə hökumətin tənqidinə yol açıb.

Tofiq Yaqublu bildirib ki, Apellyasiya Məhkəməsinin bugünkü qərarı yenə onun ölkədən çıxışına imkan vermir. Bu səbəbdən ölkədən çıxışı üçün məhkəməyə müraciət edəcək.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG