Accessibility links

Məhkəmə Tofiq Yaqublunun şikayətini təmin etməyib


Mayın 5-də Bakı Apellyasiya Məhkəməsi hakim Mirəzli Abbasovun sədrliyi ilə Müsavat Partiyasının funksioneri və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatətinin təmin edilməməsi barədə Nizami rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib.

Məhkəmə Tofiq Yaqublunun şikayətini təmin etməyib
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədənə xəsarət yetirmək ittihamı ilə həbs edilib. O bildirib ki, park edilmiş avtomobilini başqa bir avtomobil vurub və həmin avtomobildə olanlar ona hücum edib, sonda müxalifət fəalı günahlandırılıb.

Aprelin 21-də Bakının Nizami rayon Məhkəməsi Tofiq Yaqublu barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti təmin etməyib.

Bundan öncə aprelin 20-də isə Bakı Apellyasiya Məhkəməsi Yaqublunun həbsindən verilmiş şikayəti təmin etməyib.

Elçin Sadıqov
Elçin Sadıqov

Vəkil Elçin Sadıqov bildirib ki, Azərbaycanda daxili müdafiə vasitələri tam tükəndiyindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək.

“Tofiq Yaqublunun özü məhkəmədə iştirak ediridi. O, apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, həbsi siyasi sifarişdir. Çıxışlarına və jurnalist fəaliyyətinə görə həbs olunduğunu məhkəmənin diqqətinə çatdırdı,” Sadıqov qeyd edib.

Vəkilin sözlərinə görə, Tofiq Yaqubluya geyim və digər zəruri tələbat mallarının çatdırlmasında hələ də problem var.

Sadıqov Yaqublunun mobil telefonunun və avtomobilinin hələ də ailəsinə qaytarılmadığını deyib.

“Biz vəsatətlər vermişik. Ancaq bəhanə edərək telefonu və avtomobili qaytarılmır. Avtomobilin ekspertizadan sonra qaytarılacağını bildirirdilər. Ekpseriza keçirilib, amma avtomobil hələ də qaytarılmayıb. Telefonla bağlı isə məlumat vermirlər. Bir dəfə müstəntiq şifahi şəkildə telefonun polisdə olduğunu deyib, amma rəsmi məlumat vermirlər,” vəkil deyib.

Ailəsinin dediyinə görə, Tofiq Yaqublu baş verən hadisəni telefonu vasitəsi ilə çəkib.

Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, məhkəmə siyasi prosesdir.

“İlham Əliyev çıxışında bəyan etsə də, heç kəs siyasi çıxışına, mövqeyinə görə təqib olunmamalıdır. Amma əslində Azərbaycan hətta postsovet məkanında insanların siyasi mövqeyinə görə ən çox təqib olunan ölkədir. Tofiq Yaqublu yazılarına və tənqidi çıxışlarına görə həbs olunub. Onun barəsində əvvəl həbs qətimkan tədbirinin dəyişidirilməməsi, indi isə ev dustaqlığlına buraxlılmaması barədə məhkəmə qərarları siyasidir. Azərbaycan hakimiyyətinin münasibətləri yumşaltmağa, etimadsızlığı yumşaltmağa imkanı var idi. Tofiq Yaqublunu heç olmasa ev dustaqlığına buraxmaqla bu məsələni həll etmək mümkün idi. Hakimiyyət bu dəfə də imkandan yaralanmadı,” o qeyd edib.

Çoxsaylı beynəlxalq təşkilatlar Tofiq Yaqublunun həbsini pisləyərək hakimiyyəti onu dərhal azad etməyə çağırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar hökuməti Azərbaycanda müxalifət lideri Tofiq Yaqublunun həbsindən və ona qarşı ittihamlardan narahatdır.

“Biz həbslə bağlı baş verənləri yaxından izləyirik və öz naharatlığımızı Azərbaycan hökumətinə çatdırmışıq. Biz Azərbaycan rəsmilərini cənab Yaqublunu və öz fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırırıq,” sözçü qeyd edib.

XS
SM
MD
LG