Accessibility links

Məhkəmə: Tramp vergi sənədlərini təhqiqiata açıqlamalıdır


NYU YORK – Prezident Donald Trampın birgə işlədiyi mühasibat firması onun son səkkiz ildəki bütün vergi sənədlərini Nyu York ştatının ittihamçılarına verməlidir. ABŞ apelyasiya məhkəməsinin bu barədə çıxardığı hökm Prezident Trampın öz maliyyə vəsaitlərini gizli saxlamaq səylərinə ciddi zərbə endirmiş olur.

Nyu Yorkda qərargahlanan Apelyasiya Məhkəməsinin İkinci Dairəsinin çıxardığı qərar Mazars LLP mühasibat şirkətinə qarşı sənəd təqdimatı qərarlarını ittihamçıların icra etmək funksiyasına qanuni əsas verir.

Çıxarılan hökmlə bağlı prezidentin Ali Məhkəməyə müraciət edəcəyi gözlənilir ki, buradakı doqquz ali hakimdən ikisini Donald Tramp təyin edib. Ali Məhkəmədə mövcud doqquz hakimdən beşi mühafizəkar təmayüllü sayılır.

Partiya mənsubiyyəti Demokrat olan Manahattan Rayon Prokuroru Cyrus Vans Tramp və onun ailəsinin daşınmaz əmlak biznesinə qarşı açlımış təhqiqatda onun gəlirlər bəyannaməsinə çıxış əldə etməyə çalışır. Həmin təhqiqatın miqyası bəlli deyil.

Vansın ofisi Trampın müraciətinə Ali Məhkəmədə baxıldığı zaman vergi sənədlərinin alınması ilə bağlı qərarı icra etməməyə razılıq verib.

Hazırkı razılığa əsasən, Tramp növbəti 10 gün ərzində apelyasiyaya müraciət etməlidir.

Nyu Yorkda qərarganlanan biznesi əsasında daşınmaz əmlak imperiyası qurmuş Prezident Tramp hazırda Demorkatların dominant olduqları Nümayəndələr Palatasında impiçment sorğusu ilə üzləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG