Accessibility links

Xarici İşlər Nazirliyinin mənimsəmədə günahlandırılan iki əməkdaşına şərti cəza verilib


Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xarici İşlər Nazirliynin keçmiş işlər müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin məsul işçisi Səlim Əlizadənin işi üzrə proses başa çatıb.

Məhkəmənin hökmü ilə Mollazadə və Səlimzadə, hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onların barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti olmaqla şərti cəza seçilib.

Hökmdə qeyd olunub ki, dəymiş maddi ziyanın ödənilməmiş hissəsi - 167 min manat Səlim Əlizadədən alınaraq Xarici İşlər Nazirliyinə ödənilməlidir.

Mollazadə və Əlizadə 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Daha sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (böyük ölçüdə mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq zamanı satınalmaların həyata keçirilməsində sui-istifadəsi faktları aşkar edilib. Sövdələşmələr saxta tenderlər yolu ilə həyata keçirilib.

Məhkəmədə Xarici İşlər Nazirlinin nümayəndəsi bildirib ki, nazirliyə dəymiş ziyanın ümumi məbləği 2 543 173 manat olub.

“Bu məbləğin 2 300 000 manatı Fərhad Mollazadə tərəfindən ödənilib. Hazırda 243 173 manat ödənilməmiş olaraq qalır,” nazirliyin nümayəndəsi qeyd edib.

XS
SM
MD
LG