Accessibility links

Məhkəmənin qarşısına toplaşan AXCP fəalları polis tərəfindən dağıdılıb


AXCP fəallarının məhkəməsi başlayıb
AXCP fəallarının məhkəməsi başlayıb

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov, Gədəbəy rayonunun icra hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmlinin cinayət işi üzrə ilkin baxış başlayıb.

Məhkəmənin qarşısına toplaşan çoxsaylı AXCP fəalları polis tərəfindən dağıdılıb. Saxlanılanlar var.

Lakin rəsmi qrumlar bununla bağlı hələlik rəsmi açıqlama verməyib.

AXCP sədri Əli Kərimli bildirib ki, məhkəmənin qarşısına toplaşan yüzədək insanı polis dağıdıb.

Məhkəmənin qarşısına toplaşan AXCP fəalları polis tərəfindən dağıdılıb
Məhkəmənin qarşısına toplaşan AXCP fəalları polis tərəfindən dağıdılıb

“Xeyli adam həbs olunub. Həbs olunanlar arasında iqtisadçı alimlər, partiyamızın ali orqanı olan Rəyasət Heyətinin üzvləri Vahid Məhərrəmli, Nemət Əliyev və onlarla partiya fəalı var. Bu artıq Şəhidlər Xiyabanın millətin üzünə qapanmasından sonra növbəti bir mesajdır ki, hətta insanların əzizləri mühakimə olunan saxta məhkəmələrin də qarşısına toplanmağa imkan vermək istəmirlər”, o qeyd edib,

İttihamlara gəlincə, Kərimli deyib ki, silahdaşları çox ağır maddələrlə ittiham olunur.

Bu pul çirkli pul ola bilməz.

“Əslində isə söhbət ondan gedir ki, Rusiyada kiçik bizneslə məşğul olan Salah Rüstəmli halal zəhməti ilə qazandığı pulunun kiçik bir hissəsini siyasi məhbuslara və şəxsən dostu Əli Kərimliyə kömək edib. Bütün cinayət işi bundan ibarətdir. Digər AXCP üzvləri də bu pulun çatdırılmasında vasitəçi olub. Saleh Rüstəmlinin pulu halaldır və Rusiya vergi, gömrük orqanlarının ona qarşı hər hansı iddiası yoxdur. Bu pul çirkli pul ola bilməz. Bütün dünyanın nüfuzlu nəşrləri bunların çirkli pullarından yazır, Avropa Şurası Parlament Assambleyası bunların çirkli pulları ilə bağlı xüsusi qətnamə qəbul edib. Bunlar da primitiv təffəkkürlə həmin sözləri bizə qaytarırlar,” AXCP sədri məhkəmənin qaşısında jurnalistlərə bildirib.

2018-c il mayın 8-də Saleh Məmmədova və mayın 10-da onun qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib. Hər iki şəxsə məhkəmə bu ittihamlarla həbs qətimkan tədbiri seçib.

Mayın 25-də isə AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov həbs olunub.

Bundan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumatda artıq narkotik ittihamından söhbət getmir. Tutulanların hamısına Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi açıldığı bildirilir.

“Rusiyada yaşayan Saleh Rüstəmov biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin martından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. VidadiRüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib,” Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Həbsdə olan fəallar ittihamları qəbul etmir.

XS
SM
MD
LG