Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılova 8 il həbs cəzası istənilib.
Yanvarın 17-də dövlət ittihamçısı məhkəmədə bu təkliflə çıxış edib.
Dövlət ittihamçısı daha əvvəl üzərinə həbs qoyulmuş əmlakının müsadirə edilməsini istəyib.
Vəkillər yekun çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.
Hələlik İlqar İsmayılovun yaxınlarından və vəkilində prokurorun çıxışına reaksiya almaq mümkün olmayıb.
Proses yanvarın 31-də davam edəcək.
İstintaq İsmayılov 2011-2017-ci illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə gətirib çıxardıqda) maddələri ilə ittiham irəli sürülüb.
Yerli media yazır ki, "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi məhkəmə proseslərində çıxış edərkən özünü təqsirli bilmir. İsmayılovun sözlərinə görə, o, "İdeal"ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb.