Accessibility links

Məktəblərdə silahlı hücumlar və intiharlar


Məktəblərdə silahlı hücumlar və intiharlar
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Cəmi bir həftə ərzində Birləşmiş Ştatlar məktəblərindəki silahlı hücumlardan sonrakı üç intihar birinin digərlərini ruhlandıra biləcəyi və ya bu intiharların qarşısının alınmasının mümkün olub-olmayacağı ilə bağlı suallar doğurur. Keçən il Florida məktəbində 17 nəfərin ölümü ilə nəticələnən məktəbin iki şagirdi bir həftə içərisində intihar edib. Bundan az sonra isə Kannektikut məktəbində qətlə yetirilən 20 uşaqdan birinin atası intihar edib.

Florida ştatının Parkland şəhərindəki məktəbə silahlı hücumdan bir il bir ay keçir və bu ağrı hələ də yaşamaqdadır. Məktəbin keçmiş şagirdi Sidney Aiello mart ayının 17-də intihar edib. Onun valideynləri Sidneyin sağ qaldığı üçün özünü günahkar hiss etdiyini və bu yaxınlarda ona post-tarvmatik stress pozuntusu diaqnozu qoyulduğunu bildirib. Parkland hücumunda sağ qalan ikinci şagird isə ondan bir həftə sonra intihar edib. Keçən bazar ertəsi isə 2012-ci ildə Kannektikut məktəbinə edilən silahlı hücum zamanı öldürülən şagirdlərdən birinin atası işlədiyi yerdə intihar edib. “Belə hadisələrin şahidi olan bir çox insanda post-travmatik stress pozuntusu əmələ gəlir ki, bu da uzun müddət davam edə və intihar halları ilə nəticələnə bilər” - deyə, Geyl Saltz bildirir.

Geyl Saltz Nyu-Yorkun Presbiterian xəstəxanasının professorudur. Onun sözlərinə görə, belə bir travma yaşayaraq intihar edən insan eyni travmanı yaşayan insana örnək ola bilər. “Bunu yəqin ki, əvvəlllər də intihar etməyi düşünən şəxs edə bilər.”

Professor Saltz Amerikanın Səsinə müsahibəsində deyib ki, belə ağır travmalar alan insanlara davamlı dəstək çox vacibdir. Onun sözlərinə görə, ətrafdakılar daim həmin şəxsə nəzarət etməli, xəbərlərdə intihar edən insanın cəmiyyətə təsirindən danışılmalıdır. “Biz intiharın həmin şəxsin özü üçün, ailəsi üçün dəhşət olduğundan danışmaq istəyirik. Bu, onun dostları, bütün ictimaiyyət üçün qorxunc haldır. Bunun real fəsadları olur. belə ki, intihar haqda düşünən dinləyici bunun vakuumda həyata keçirilmədiyini və yaxşı görünmədiyini anlayır. "

Professor Saltz Birləşmiş Ştatlarda intihar hallarının artdığını və onlardan çoxunun silahla edildiyini deyir. “Son bir neçə ildə biz ilk dəfə bu ölkədə ömürlərin qısaldığını müşahidə edirik. Ölümlərə səbəb isə ya intihar, ya da natkotik maddələrdir.”

Parkland məktəbindəki hücumdan sağ çıxanlardan daha birinin intihar etməsindən sonra Floridanın fövqəladə hallar məsələləri üzrə başçısı keçən ilin fevral ayında 17 nəfərin güllələnərək öldürüldüyü məktəbdə psixoloji sağlamlığa daha çox resurs ayrılmasına göstəriş verib.

XS
SM
MD
LG