Accessibility links

Məktəb tələbələrinə qələbə qazandıran təşəbbüs


Məktəb tələbələrinə qələbə qazandıran təşəbbüs
please wait

No media source currently available

0:00 0:03:32 0:00

Məktəb tələbələrinə qələbə qazandıran təşəbbüs

Uşaqlar öz asudə vaxtlarını film seyr etməyərək daha maraqlı keçirə bilər. Məsələn, onların baxdıqları filmlərin necə çəkməyi öyrənə bilər. İki il öncə Vahnya Pettiqrü ibtidai məktəb şagirdlərinə sənədli filmlərin çəkilişi təşəbbüsünü irəli sürüb. Əlbəttə ki, bu, təşəbbüsü dəstəkləyən məktəb direktorunun köməyi olmadan mükün olmazdı.

Bu uşaqlar artıq üç ildir ki, sənədli film çəkilişi dərslərini keçirlər.

Onlar müzakirələr aparıb, hekayələr danışmaq və yazmaq üçün həftədə üç dəfə bir yerə yığışır. Uşaqlar həmçinin səhnə arxası vərdişləri də mənimsəyirl.

"Onlar kompozisiyanı, çərçivəyə salmağı və kameranı necə quraşdırmağı, ondan necə istifadə etməyi və audio cihazlardan istifadə kimi texniki detalları öyrənirlər," Vahnya Pettiqrü deyir.

Beləliklə, onlar mühüm həyatı bacarıqlar öyrənirlər.

"Sənədli film real insanların real həyatı barədə olduğu üçün bu janrı öyrənməyə başladıq. Bu onlar üçün öz səslərini çatdırması və özlərinin vəkili olması üçün gözəl fürsətdir,” Vahnya Pettiqrü deyir.

Gəncliyin Həqiqəti bu qrupun ilk layihəsidir.

"Sadəcə, bu uşaqlara qulaq asdım, onlar onları təngə gətirmiş müxtəlif şeylər barədə danışdılar. Onlar yaşadıqları yerlərdə şiddət və əziyyətdən yorulub. Bu film Baltimorda keçirilən Merilənd Film Festivalında təqdim olunub. Film izləyici seçimi nominasiyasında Baltimor Film Festivalının qalibi olub,” Vahnya Pettiqrü deyir.

Ötən il qrup standartlaşdırılmış test barədə “I-Ready” (hazıram) mahnısını təqdim edib. İndi mahnı Baltimor şəhərinin məktəblərində səsləndirilir.

Mahnının sözləri məktəbin direktoru Kimberli Hill Miller tərəfindən yazılıb. O, film yaradıcılığı dərslərini dəstəkləyir və bunun şagirdlərdə danışıq və dinləmə bacarıqlarının inkişaf etdirilməsinə kömək etdiyinə inanır.

"Şagirdlər bir-birlərilə daha yaxşı ünsiyyət qurmağa başlayıb. Onlar iştirak edir, bir-birlərinə hörmətlə yanaşır, müzakirələr zamanı bir-birlərilə göz kontaktı yaradır,” Lokerman Bandi ibtidai məktəbin direktoru Kimberli Hill Miller deyir.

Bugünkü layihə özünü əks etmək və sinif yoldaşları ilə ünsiyyətdən ibarətdir.

"Bəzən onlar məni səhv başa düşürlər. Məsələn, dayanın deyəndə, onlar bunu təhqir kimi başa düşürlər, amma mən çox sevgidolu, yaxşı insanam,” film yaradıcıları sinfinin iştirakçısı Dimor Krouford deyir.

"Bu bizə nə istədiyimizi başa düşməyə kömək edə bilər. İstədiyimiz bir çox şeyi edə bilərik. Bu məndə özünə inam yaradır,” film yaradıcıları sinfinin iştirakçısı Dayon Krüs Harls deyir.

Özünə inam, komanda işi və kreativlik – bu bacarıqlar gələcəkdə bu uşaqlara film yaradıcıları və ya istədikləri peşəyə sahib olmağa kömək edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG