Accessibility links

Məmməd Ənsari: Milli hərəkatda mütəxəssis şəbəkələri yaranmalıdır


Məmməd Ənsarinin sözlərinə görə, “Güney Azərbaycan Milli Hərəkatı”-na mənsub qurumlar xaricdə mütəxəssis qüvvələrin bacarıq və təcrübələrindən yararlana bilmirlər.

Məmməd Ənsari Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:37 0:00

Almaniyanın Berlin şəhərində yaşayan bəstəkar Amerikanın Səsi ilə söhbətdə deyir ki, milli hərəkatda mütəxəssis şəbəkələri yaradılmalıdır.

Şəbəkələr yaranmalıdır ki, uzmanlar birləşsinlər. İki nəfər də bir şəbəkədir. Yəni iki nəfər bir mövzunu götürüb üzərində çalışsalar, onu bir yerə çatdırsalar, bu bir şəbəkədir.

“Bizim hərəkatın da digər ictimai-siyasi hərəkatlar kimi mütəxəssis qüvvələri olmalıdır. Amma indiki vəziyyətdə bir tıxanma var... Bizim buraya qədər görünən fəaliyyətimiz əsasən ifşa siyasəti olub. Yol göstərmək çox az olur,” Ənsari söyləyir.

O, çatışmazlıqların ümumi şüarlarla çözülməyəcəyini vurğulayır:

“İranın mərkəziyyətçi hakimiyyəti mədəni soyqırım tətbiq edir. Biz bunu bilirik və təbii ki, bundan hər zaman söz etmək lazimdir. Amma sadəcə bunun üzərində dayansaq, bəs biz buna necə çözüm gətirə bilərik? Bu ümumi şüarlarla olmaz.”

Musiqiçi alim təəssüflə qeyd edir ki, fəaliyyətlər ifşa siyasəti, və yaxud da ümumi şüarlar və pafoslu ifadələrdən ibarət olub:

"Nə bilim, müstəqillik ya federalizm və bu kimi məsələlər. Əlbəttə, bu məsələlərin gündəmə gətirilməsi və danışılması önəmlidir, amma biz necə bu tıxanma vəziyyətindən çıxıb, bu hərəkata yeni bir söyləm gətirəcəyik? Bu mütəxəssis qüvvələrin fəaliyyəti ilə ola bilər."

Nə bilim, danışmayaq hərkəs öz işini görsün, hərkəs sərmayədir. Bu olmaz. Hər iş öz yerində dəyərləndirilməlidir.

Məmməd Ənsari milli hərəkatda mütəxəssis qüvvələrdən ibarət şəbəkələrin yaranmasına ehtiyac olduğunu ifadə edir.

“Şəbəkələr yaranmalıdır ki, uzmanlar birləşsinlər. Rəis, müavin kimi rollar olmadan. Təcrübə göstərir ki, bu əsrdə qədim yollar və təşkilat filan o qədər də təsirli olmur. İki nəfər də bir şəbəkədir. Yəni iki nəfər bir mövzunu götürüb üzərində çalışsalar, onu bir yerə çatdırsalar, bu bir şəbəkə olar. Önəmli odur ki, bu şəbəkələr bir-birləri ilə tanış olsunlar” - deyə, mədəni fəal bəyan edir.

O, xaricdə fəaliyyət göstərən milli hərəkata mənsub qurumların mütəxəssis qüvvələrə meydan vermədiyini önə çəkir: “Bir qurum yaradanda, illərlə onun üzərində otururuq. Uzmanları görməməyə başlayırıq. Yer dəyişdirə bilmirik... İş görənlərin də işinin üstünü örtürük.”

Bu ümumi şüarlarla olmaz... Biz bunu bilməliyik ki, mikro-addımlardır ki bizi makro-hədəflərə çatdıra bilər.

Məmməd Ənsari əlavə edir, “biz bunu bilməliyik ki, mikro-addımlardır ki, bizi makro-hədəflərə çatdıra bilər. O da budur ki, biz insanların fikirlərinə açıq olaq. Onların fəaliyyətlərinə açıq olaq.”

Ənsarinin fikrincə, tənqid mədəniyyətinin olmaması keyfiyyətli işlərin önə çıxmasına imkan vermir:

“Nə bilim, danışmayaq hərkəs öz işini görsün, hərkəs sərmayədir. Bu olmaz. Hər iş öz yerində dəyərləndirilməlidir. Doğru və demokratik yollarla həyata keçirilmirsə tənqid edilməlidir. Demokratik şəkildə görülən iş belə tənqid olunmalıdır. Tənqid olunmayınca, biz yaxşı nəticə ala bilmərik. 25 il sonra mən deyə bilərəm ki, hərəkatın xaric qolu olaraq durğunluq dövründə yaşayırıq.”

XS
SM
MD
LG