Accessibility links

'Mən gələcək istəyirəm': Gənclər iqlim dəyişikliyinə qarşı mübarizəyə çağırır


Dünya boyu gələcəklərindən narahat gənclər cümə günü liderləri iqlim dəyişikliyinə qarşı mübarizə aparmağa çağırmaq məqsədilə etiraz keçirib. Yüz minlərlə etirazçı istiləşən dünyanın artıq gözləməyə vaxtının olmadığını deyir.

Yürüşlər Kanberradan tutmuş Kabilə, Keyp Taundan tutmuş Nyu Yorka kimi bir çox yerdə keçirilib. Berlindəki yürüşdə 100 mindən çox insan iştirak edib.

Dünya liderlərinin iştirak edəcəyi BMT-nin iqlim sammitində bir neçə gün öncə keçirilən bu etirazlar həm kiçik miqyaslı olub həm də böyük miqyaslı. Belə ki, Seulda təxminən 20 fəal LED cib fənərlərindən istifadə edərək nümayiş keçirib, Avstraliyada isə 2003-ci ildə İraq Müharibəsindən bəri ən böyük etiraz olub.

Vaşinqtonda etiraz
Vaşinqtonda etiraz

Nyu Yorkda məktəblər şagirdlərə valideynlərinin icazəsi ilə dərsə getməməyə icazə verib. Orada əksəriyyəti gənclərdən ibarət on minlərlə insan Manhettendə yürüş edib və bəzi küçələri bağlayıb.

Minlərlə insan paytaxt Vaşinqtonda Kapitoliyə yürüş edib. Onlar arasında 15 yaşlı 10-cu sinif şagirdi A.J. Konerman olub.

"Yer kürəsi ölür və əgər biz bunun qarşısını almasaq, biz də öləcəyik”, Konerman deyib.

Sietl şəhərində minlərlə insan bələdiyyə binasına daxil olub. Bundan əlavə orada Amazon və Google kimi texnologiya şirkətlərinin işçiləri şagirdlərə qouşlaraq fosil yanacaqlardan istifadəyə son qoyulmasına çağırıb.

Kiçik şəhərlərdə də nümayişlər keçirilib. Vaşinqton ştatının qubernatoru və prezidentliyə keçmiş namizəd Cey İnsli Spokeyn şəhərində yürüş zamanı izdiham önündə çıxış edib.

Parisdə yeniyetmələr və uşaqlar dərs otağı əvəzinə küçələrə axışıb. 15 yaşlı Mari-Lu Sahai deyib ki, “insanları dinləməyə məcbur etməyin yeganə yolu” etiraz etməkdir.

Qreta Tunberq
Qreta Tunberq

Nümayişçiləri isveçli yeniyetma Qreta Tunberqin fəallığı ilhamlandırıb. O, bir il boyunca hər həftə “Fridays for Future”(Gələcək üçün Cümələr) adlı nümayişlər keçirib və dünya liderlərini iqlim dəyişikliyə qarşı mübarizə səylərini artırmağa çağırıb.

“Bu, böyük qələbədir”,Tunberq The Associated Press-ə bildirib. “Mən heç vaxt bunun baş verəcəyini və belə tez, 15 ay içində, baş verəcəyini nə gözləyirdim, nə də buna inanırdım”, o deyib.

Tunberq cümə günü nümayişdə çıxış edib və şənbə günü BMT-nin Gənclərin İqlim Sammitində iştirak edəcəyi, eləcə də bazar ertəsi qlobal liderlərin iştirakı ilə BMT-nin İqlim Sammitində iştirak edəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynaya qarşı yeni dron hücumları həyata keçirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG