Accessibility links

Mənbə: Deutsche Bankın Estoniyadan qaynaqlanan şübhəli bank əməliyyaları haqda məlumat verməsi illərlə vaxt aparıb


FRANKFURT/TALLİNN - Deutsche Bank Danske Bankın həyata keçirdiyi bir milyondan çox şübhəli tranzaksiyaları fevral ayınadək açıqlamayıb. Bu barədə bankın daxili işlərindən xəbərdar olan adam Reuters xəbər agentliyinə məlumat verib.

Deutsche Bank Danimarka bankının şübhəli pul-köçürmə əməliyyatları barədə Almaniya rəsmilərinə məlumat verdikdən sonra geniş istintaq başlanıb.

Deutsche Bank şübhəli əməliyyatlar barədə hakimiyyət orqanlarına məlumat verməyin nə qədər vaxt apardığını açıqlamayıb.

Hazırda dövlət ittihamçıları Almaniya bankının əməkdaşlarının yaxud menecmeninin bu tranzaskiyalara yaşıl işıq yandırıb-yandırmadıqlarını araşdırırlar.

Anonimliyini qoruyub saxlamağa üstünlük verən mənbə rəsmilərin Deutsche Bankın baş vermiş qanunsuzluqları ört-basdır edib-etmədiyinə dair sualların mövcud olduğunu bildirib.

Deutsche Bank şübhəli əməliyyatlar barədə hakimiyyət orqanlarına məlumat verməyin nə qədər vaxt apardığını açıqlamayıb, lakin Danske ilə münasibətlərin 2015-ci ildə kəsildiyini bildirib.

Danske Bank 2007-15-ci illər arasında $220 milyard dollar həcmində mənbəyi naməlum pulların köçürüldüyünü etiraf etdikdən sonra Estoniyadan qovulub.

Azərbaycan bucağı

Danskenin Estoniya filialı ətrafında baş qaldıran skandalda Azərbaycandaın da adı hallanır.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) Azərbaycanın pulyuyan maşınıadlı yeni araşdırmasında deyilir ki, Azərbaycan hökumətinin 2012 və 2014-cü illər arasında fəalları və jurnalistləri ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitası məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq və başqa vasitələrlə mənfəətləmək üçün istifadə edib.

$2,8 milyard dolların tranş edildiyini göstərən bank sənədləri Danimarkanın Berlingske qəzetinə sızdırılıb və qəzet bu məlumatları OCCRP ilə paylaşıb.

Bu iki media qurumu sonradan pulların hara getməsinə dair birgə araşdırma aparıb.

Təhqiqatın nəticələrini cəmləşdirən yekun məqalə “Azərbaycanın pulyuyan maşını” adlandırılıb, çünki iri məbləğlər mənşələrinin gizlədilməsi üçün silsilə balıqqulağı şirkətlərdən keçirilib.

Bu araşdırma ölkənin kleptokrat hakim zümrəsinin milyardlarla dollar pulu necə hərəkət etdirdiyini göstərir.

Başqa şeylərlə yanaşı bu puldan həqiqətin susdurulmnası üçün də istifadə edilib. Sözü gedən zaman kəsiyində 90-dək insan haqları fəalı, müxalifətçi və jurnalist siyasi motivli ittihamlarla həbsxanalara atılıb.

Bu da bəlli olub ki, azı üç Avropa rəsmisinə, rejimi tərifləyən yazılar yazan bir jurnalistə və hakimiyyəti mədh edən biznesmenlərə də bu pulyuyan maşından pay çatıb.

Bu şəxslər öz məqsədləri üçün bəzən hətta UNESCO və AŞPA kimi nüfuzlu təşkilatları da hökumətin PR-ı üçün hərəkətə gətirə biliblər.

13 min pul tranşını əks etdirən sənədlərdən məlum olur ki, Azərbaycanın pulyuyan maşının özəyini dörd əsas balıqqulağı şirkəti təşkil edir. Bu şirkətlərin hamısı Birləşmiş Krallıqda qeydiyyatdan keçirilib.

XS
SM
MD
LG