Accessibility links

Suriyanın bu kəndini digərlərindən nə fərqləndirir?


Suriyanın bu kəndini digərlərindən nə fərqləndirir?
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Suriyanın şimal Rojava regionunda yalnız qadınlar üçün nəzərdə tutulmuş yeni bir kənd salınıb. Bu kənd Jinvar adlanır. Kənddə 30-a yaxın kərpicdən tikilmiş oxşar evlər var.

Bu kənddə hal-hazırda beş ailə yaşasa da, daha çox ailənin qoşulacağı gözlənilir. Lakin bu kəndi digərlərindən fərqləndirən cəhət burada yaşayanların əksəriyyətinin qadın və uşaq olmasıdır.

"Məqsəd qadınların bir yerdə sərbəst şəkildə yaşaya biləcəyi bir kənd qurmaq idi. Kommunal, təbiətə daha yaxın, qadınların öz iqtisadiyyatını yarada biləcəyi, qadınların öz həyatlarını azad şəkildə təşkil edəcəyi yolla.", Jinvar layihəsindən Nojin deyib.

Almaniyadan könüllü Nojin bu layihədə kömək edir. O bildirir ki, bəzi qadınların həyat yoldaşları İslam Dövləti ilə döyüşlərəd həlak olub. Lakin o bu kəndin dul qadınlara və onların ailələrinə yeni həyatda yeni məqsədlər yaradacağına ümid edir.
Bədriyə Dərvişin həyat yoldaşı döyüşlərdə həlak olub. Ailəsini maddi cəhətdən təmin edə bilməyən Bədriyə Zinvara köçmək qərarına gəlir.

"Mən buraya uşaqlarıma maddi kömək edə bilmədiyim üçün gəldim. Sözün düzü, bura gəlməyə tam əmin deyildim, lakin uşaqlarıma baxa da bilmirdim. Buraya uşaqlarımla yaşamağa gəldim, çünki həyat çox çətindir. Mən təkbaşına bunun öhdəsindən gələ bilmirəm. On uşağım var, onlara kömək edə bilmədiyim üçün özümü günahkar hiss etmək istəmirəm.", Bədriyyə Dərviş söyləyib.

Amira ailəsi ilə birlikdə Zinvar kəndində yaşamaq imkanı olduğunu qiymətləndirir.

"Həyat yoldaşım ölüb, mənim beş uşağım var. Bizim evimiz yoxdu və uşaqlarım hələ çox gəncdir. İşləməyə və uşaqlarıma kömək olmağa heç kimim yoxdur. Kəndin insanları evlərlə təmin etdiyini eşitdik. Biz ev üçün müraciət etdik və buraya köçmək istədiyimizi dedik. ", deyə Amira bildirib.

Layihə üç yerli təşkilat tərəfindən təşkil olunub, maliyyələşdirilir. Onlar kənddə məktəblər və xəstəxanalar tikməyi planlaşdırırlar. Layihənin konsepti burada yaşayan qadınlara yeni iş imkanları yaratmağı nəzərdə tutur.
Təşkilatçılar bildirir ki, qadınlar üçün kənd yaradılması fikri çox uğurludur və Suriyanın şimalında bu Zinvar kəndələri kimi bir çox yeni kəndlərin salınacağı gözlənilir.

XS
SM
MD
LG