Accessibility links

Mərkəzi Amerikadan ABŞ-a üz tutan mühacir karvanı sərhədə çatıb


Yüzlərlə Mərkəzi Amerika mühaciri ölkələrindəki yoxsulluq və zorakılıqlardan qaçaraq Birləşmiş Ştatlara keçmək ümidi ilə artıq Meksika sərhədində yerləşən Tihuana şəhərindədir.

800 nühacirin əksəriyyəti Tihuanaya çərşənbə günü çatıb. Onların bir çoxu digərlərinin də gəlməyini və rəhbərlərinin onlara ABŞ-da sığınacaq əldə etmək imkanlarını gözləyirlər.

Mühacirlərin bəziləri sərhəddəki hasara gəlişlərini qeyd etmək üçün gedib.

“Hər şey yaxşıdır, xoşbəxtəm, çünki bu sərhədi keçməklə biz daha yaxşı yaşayib, işləyib yeni bir həyat qura bilərik”- deyə, Edvard Edqar Arias Bernal deyib.

ABŞ-a üz tutan Mərkəzi Amerika mühacirlərindən ibarət karvanın bir hissəsi, Tihuana, Meksika, 13 noyabr.
ABŞ-a üz tutan Mərkəzi Amerika mühacirlərindən ibarət karvanın bir hissəsi, Tihuana, Meksika, 13 noyabr.

4 min honduraslı mühacirin bir neçə günə Tihuanada böyükhəcmli sərhəd keçidi gözlənilir.

ABŞ prezidenti Donald Tramp mühacir karvanını çox sərt şəkildə tənqid edərək onu "fövqəladə vəziyyət" adlandırıb və sərhəd polisinə dəstək üçün minlərlə hərbiçini sərhədə göndərib.

Bu arada, Meksika ötən həftə sığınacaq üçün müraciət edən fərdlərə və ailələrə 2 697 müvəqqəti viza və işləmək icazəsi verdiyini söyləyib.

XS
SM
MD
LG