Accessibility links

Mərkəzi Amerikadan gələn onlarla mühacir yol qəzasında ölüb


Cümə axşamı gecə saatlarında Meksikanın Çiapas ştatında baş vermiş yol qəzası nəticəsində ən azı 25 Latın Amerikasından olan mühacir həlak olub.

Çiapas ştatının baş prokurorunun sözlərinə görə, qəza zamanı 29-dan çox mühacir yaralanıb və yaralıların xəstəxanalara göndərilib. Hadisənin səbəbləri araşdırılır.

Yerli media agentliklərinin yazdıqlarına görə, 50 nəfəri daşıyan üç tonluq yük maşınının sürücüsü texniki nasazlıq səbəbilə idarəni itirib.

Əsasən Honduras, Salvador və Qvatemala kimi Mərkəzi Amerika ölkələrindən olan minlərlə mühacir hər il Meksikadan keçərək Amerika Birləşmiş Ştatlarına çatmağa çalışan təhlükəli səfərlərə çıxır.

Oktyabr ayında ölkələrində yoxsulluq və zorakılıqdan qaçan 7 min nəfərlik mühacir karvanı Meksikadan keçərək Kaliforniya ilə sərhəd Tihuana şəhərinə gəlib.

Associated Press-in verdiyi məlumata görə, Çiapas Qvatemaladan Meksikaya gələn Mərkəzi Amerika mühacirləri üçün tarixi keçid nöqtəsidir.

XS
SM
MD
LG