Accessibility links

Mərkəzi Asiya ölkələri terrorizm və ekstremizmə qarşı əməkdaşlığı gücləndirməyə söz verib


Tacikistanın xarici işlər naziri Sirodcidin Aslov və Qırğızıstanın xarici işlər naziri Erlan Abduldayev, Çolpon-Ata, 21 iyul, 2018.
Tacikistanın xarici işlər naziri Sirodcidin Aslov və Qırğızıstanın xarici işlər naziri Erlan Abduldayev, Çolpon-Ata, 21 iyul, 2018.

Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri Qırğızıstanda Çolpon-Ata şəhərində keçiridikləri görüş zamanı beynəlxalq terrorizm və radikal ekstremizmə qarşı əməkdaşlığın gücləndirilməsi haqda razılıq əldə edib.

“Tərəflər qeyd edib ki, beynəlxalq terrorizm və ekstremizmə, narkotik qaçaqmalçılığı, transmilli mütəşəkkil cinayətkarlığa və digər regional təhlükələr və risklərə qarşı beynəlxalq və regional təşkilatlar çərçivəsində də daxil olmaqla əməkdaşlıq gücləndirilməlidir”, iyulun 21-də qəbul edilmiş birgə bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, xarici işlər nazirləri “ticarət və iqtisadi əlaqələrin, eləcə də ticarətin gücləndirimləsi üçün əlverişli mühitin yaradılmasının vacibliyini vurğulayıblar”.

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov digər rəsmiləri oktyabr ayında keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiya ölkələrinin regional iqtisadi forumuna dəvət edib.

Görüşdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın xarici işlər nazirləri, Türkmənistanın isə xarici işlər nazirinin müavini iştirak edib.

Xarici işlər nazirləri Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Özbəkistan paytaxtı Daşkənddə 2019-cu ilin mart ayında keçirilməsi nəzərdə tutulan görüşünün gündəliyinin müəyyən edilməsini müzakirə ediblər.

XS
SM
MD
LG