Accessibility links

Mərkəzi Avropa Universiteti Macarıstandan Vyanaya köçürülməyə məcbur edilib


Milyarder Corc Soros tərəfindən yaradılan Macarıstanın Mərkəzi Avropa Universiteti Vyanaya köçür. Universitet rəsmiləri universitetin ölkədən məcburi çıxarıldığını deyir.

Mərkəzi Avropa Universitetinin rektoru Macarıstanın bu qərarını özbaşınalıq adlandırıb.

“Bu gün biz bəyan edirik ki, biz Macarıstan hökuməti tərəfindən ABŞ-da akkreditasiyası olan proqramları Vyanaya köçürməyə məcbur edilmişik və 2019-cu ilin sentyabrından etibarən bütün tələbələri orada qəbul edəcəyik ”- deyə, Universitetin rektoru Maykl İqnatief bildirib.

Universitet Budapeşt kampusunu köçürməyəcəyini bildirib.

1991-ci ildə Nyu Yorkda yaradılan Mərkəzi Avropa Universiteti Macarıstan xarici universitetlərə aid təhsil qanununa dəyişiklik etdikdən sonra bir ildən çox vaxtdır ki, qanunda qeyri-müəyyən məqamları aydınlaşdırmağa çalışır.

Macarıstanın baş naziri Viktor Orbanın tənqidçiləri deyib ki, yeni qanun xüsusi olaraq Mərkəzi Avropa Universitetini hədəf almaq üçün yaradılıb.

Universitetin hüquqi mübahisəsi Orbanla 88 yaşlı əslən macarıstanlı amerikalı Soros arasında mübahisənin bir hissəsi kimi izah edilir. Orban Sorosu mühacir axını yaratmaqda təqsirləndirir.

XS
SM
MD
LG