Accessibility links

Mərkəzi Bank: Manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır


Manat
Manat

"Manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır."

Bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun yanvarın 12-də olan məlumatında deyilir.

AMB qeyd edir ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan "əsassız" xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib.

"Lakin neftin qiymətinin ötən illə müqayisədə artdığını, "OPEC+"ın son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır."

AMB hesab edir ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək.

Bundan əlavə məlumatda qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb $142,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 yanvar 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 2 dəfə və ya $71,6 mln. dollar artıb. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Azərbaycanın bir sıra ekspertləri manatın ucuzlaşmasından narahatdırlar. Onlar hesab edir ki, manatın ucuzlaşması devlavasiyaya səbəb ola bilər.

Ekspert Natiq Cəfərli bir müddət əvvəl Amerikanın Səsinə müsahibəsində deyib ki, manatın məzənnəsi ilə bağlı məsələ ciddi müzakirə mövzusuna çevrilib.

“Hələlik ilkin rəsmi açıqlamalar ondan ibarətdir ki, manat sabit qalacaq, 2021-ci ildə heç bir məzənnə dəyişikliklərinə ehtiyac yoxdur. İlkin olaraq, bəli, vizual olaraq görünür ki, iqtisadi aktivlik zəifləyib. Pandemiyanın vurduğu ziyanlar var. Devalvasiya inflasiyanı artıracaq, qiymətləri yüksəldəcək, insanların dolanışığına daha da mənfi təsir edəcək. Amma nə vaxta qədər? Bax, bu sualın cavabı yoxdur. Biz bu yolu bir dəfə keçmişik. Faktiki olaraq biz 3 dəfə devalvasiyaya getmişik. Çox zaman 2 dəfə devalvasiya deyirlər. Amma faktiki olaraq 3 dəfə devalvasiya olub,” ekspert qeyd edib.

Eyni zamanda Elman Rüstəmov ötən ilin dekabrında son günlər cəmiyyətdə devalvasiya ehtimalı ilə bağlı gedən müzakirələrə münasibət bildirib:

"Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar. Bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın," o qeyd edib.

Azərbaycanda son dəfə 2015-ci ilin fevral və dekabr aylarında devalvasiyalar baş verib. Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG