Accessibility links

Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Çinə məxfi məlumat ötürməkdə ittiham olunub


Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) keçmiş əməkdaşı və Federal Tədqiqatlar Bürosu (FBI) üçün müqavilə əsasında dilçi kimi çalışan şəxs Çinə casusluq etməkdə, o cümlədən, bazar ertəsi açıqlanmış məhkəmə sənədlərinə görə, məxfi ticarət əməliyyatları və mənbələr haqda məlumatları kəşfiyyat işçilərinə açıqlamaqda ittiham olunur.

Aleksander Yuk Çin Ma 2001-ci ilin mart ayında üç günlük müddətdə Honq Konqdakı otel otağında Çin kəşfiyyat işçilərinə hökumət sirlərini açmaqda və FBI ilə işə başlayandan sorna da onlarla əlaqə saxlamaqda ittiham olunur.

Ma Honolulu federal məhkəməsində xarici dövlət üçün milli müdafiə məlumatlarını toplamaq və məlumat verməkdə ittiham edilib.

Ma prokurorluğun bildirdiyinə görə, özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim etdiyi zabitdən nağd pul aldığı və "vətəninin" müvəffəq olmasını istədiyini etiraf etdiyi xüsusi əməliyyatdan sonra ötən həftə həbs edilib.

Məhkəmə sənədlərində onun üçün heç bir vəkil qeydə alınmayıb.

Bu iş barədə ilk məlumatı NBC News tele kanalı yayıb.

XS
SM
MD
LG