Accessibility links

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib


Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib.

Qan Bankının yaydığı məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz, eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatını artırıb:

“Bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir” , məlumatda qeyd edilib.

Məlumatda qeyd edilib ki, Qan Bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb.

Öz növbəsində hüquq müdafiəçisi Bəşir Süleymanlı deyir ki, sağlamlıq imkanı normal olan və COVİD testi neqativ çıxan şəxslər qan verə bilər.

"Ola bilər ki, müharibə dövründə yaralıların müalicəsi üçün qan bankından xeyli qan istifadə edilib. Buna görə də ehtiyat bankda azalma olub. Ancaq buna əvvəlcədən hazırlaşmaq lazım idi. Yalnız lazım olan zaman və ya azalma olan dövrdə deyil, digər zamanlarda da qan bankına mütamadi qanvermə kampaniyaları keçirilməlidir. Bunun üçün davamlı donorlardan və pullu qanvermə kampaniyasıdnan da yararlanmaq lazımdır ki, qan ehtiyatı mütamadi olaraq normasında olsun" Bəşir Süleymanlı deyib.

Talassemiya Federasiyası İctimai Birliyinin sədri Nailə Quliyeva isə bu ilin aprelində Amerikanın Səsinə müsahibəsində deyib ki, bu gün Azərbaycanda 1500-dən çox qeydə alınmış talassemiya pasientləri var.

Onun sözlərinə görə, karantin rejimi bir çox sahələr kimi həyatları qandan asılı olan insanlara da öz təsirini göstərib.

"Karantin ayda ortalama 2 dəfə qan köçürülməyə ehtiyacı olan talasemiyalı xəstələrin həyatını təhlükə ilə üz-üzə qoyub"- deyə, o qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn ilin yanvar ayının 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG