Accessibility links

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin yekunlarını elan edib


Bələdiyyə seçkiləri
Bələdiyyə seçkiləri

Yanvarın 11-də Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərin yekunları ilə bağlı qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib: "Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarını əhatə edən 7 seçki dairəsi istisna olmaqla 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Dekabrın 23-də seçki məntəqələrində seçici fəallığı 32.72 faiz faiz olub.”

Seçkinin yekunları ilə bağlı protokola görə, bir neçə bələdiyyədə seçkinin nəticələri ləğv edilib

Sənəddə bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 9 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi, 39 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb. Vurğulanıb ki, sənəddə yol verdiyi nöqsanlara görə, 12 məntəqə seçki komissiyası buraxılıb.

Müzakirələrdən sonra MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı qəbul edib. Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib.

2019-cu il dekabrın 23-də Azərbaycanda sayca 5-ci bələdiyyə seçkiləri keçirilib. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə gerçəkləşib.

Bir çox aparıcı müxalifət qurumları bələdiyyə seçkilərində iştirak etməyib. Onar ölkədə azad və demokratik seçkilərin keçirilməsi üçün şəraitin olmadığını və bələdiyyələrin statusunun yetərincə olmadığını bildirir. Bir sıra müxalifət partiyaları böyük şəhər bələdiyyələrinin yaradılmasını vacib sayır. Lakin hökumət müxalifətin təkliflərini qəbul etməyib.

Mərtkəzi Seçki Komissiyası ölkədə bütün seçkilərin azad və demokratik mühitdə keçirildiyini bildirib.

Bununla yanaşı, Avropa Şurasının Venesiya Komissiyası bələdiyyələr və bələdiyyə seçkiləri ilə bağlı tövsiyələrinin Azərbaycan hökuməti tərəfindən yerinə yetirilmədiyini dəfələrlə bildirirb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG