Accessibility links

Mətbuat Şurası: Ayrı-ayrı vəzifə sahibləri rəqiblərini sıradan çıxarmaq üçün media yaradır


“Media məkanımızdakı mənfi tendensiyalardan biri ayrı-ayrı şəxslərin sırf təmənnalı münasibətdən irəli gələn, şantaj məqsədilə yaratdıqları informasiya saytları ilə əlaqədardır. Belələri bir qayda olaraq konkret hədəf seçir və onunla bağlı həqiqətə uyğun olmayan, uydurma fikirləri, mülahizələri yayır.”

Bu barədə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin bu gün keçirilən iclasında prezident İlham Əliyevin oktyabrın 15-də iqtisadi müşavirədə media ilə bağlı fikirləri ətrafında müzakirələr zamanı bildirilib.

İdarə Heyəti hesab edir ki, xoşagəlməz cəhətlətrdən biri ayrı-ayrı vəzifə sahiblərinin sırf rəqiblərini sıradan çıxarmaq məqsədilə ilə əllərində saxladıqları, bir çox hallarda özləri tərəfindən yaratdıqları internet media vasitələri ilə bağlıdır.

Bu internet resurslarında həqiqiliyi təsdiqlənmiş, şübhə doğurmayan, ciddi informasiya resurslarından olduğu kimi götürülmüş xəbərlər yer alır. Ancaq `zərurət` yarandığı hallarda konkret hədəflər aydın görünür.
Mətbuat Şurasının məlumatından sitat

“Ayrı-ayrı şəxslərin təmənnalı münasibətdən irəli gələn şantaj məqsədilə yaratdıqları informasiya vasitələrinin materiallarından fərqli olaraq, belə resurslarda ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı həqiqiliyi təsdiqlənmiş, şübhə doğurmayan, ciddi informasiya resurslarından olduğu kimi götürülmüş xəbərlər yer alır. Ancaq `zərurət` yarandığı hallarda konkret hədəflər aydın görünür.”

Mətbuat Şurası internet üzərindən yayımlanan media vasitələrinin KİV kimi qeydiyyatının aparılması, bunun qanunvericilikdə əksini tapması, həmçinin qanunda internet media üçün texniki meyarların müəyyənləşdirilməsini təklif edir.

İdarə Heyətinin üzvləri hesab edir ki, mediadan sui-istifadə meyllərinə qarşı mübarizədə yalnız ictimai qınaqla kifayətlənmək effektiv nəticə vermir.

“Bu baxımdan Mətbuat Şurası haqqında ayrıca qanuna ehtiyacın duyulur. Belə bir qanun həm imkan verəcək ki, Şuranın texniki imkanları genişlənsin, həm medianın özünütənzimləmə qurumu strukturu daha çevik fəaliyyət göstərsin, həm də adekvat məsuliyyət növlərinin seçilməsi ilə bu sahədə düzən yaradılsın.”

İclasda diffamasiya məsələsinə media məkanındakı məsuliyyətin artırılması baxımından mühüm qanunvericilik təşəbbüsü kimi yanaşılıb.

Mətbuat Şurasının İdarə Heyətinin iclası
Mətbuat Şurasının İdarə Heyətinin iclası

“Diffamasiya heç də yalnız təhqir və böhtana görə azadlıqdan məhrumetmə cəzasının aradan qaldırılması ilə əlaqədar deyil. Diffamasiyanın dekriminallaşdırılması və bununla əlaqədar ayrıca qanunun mövcudluğu həm də medianın yol verdiyi nöqsana, qeyri-peşəkarlıq hallarına qarşı adekvat mülki cəza tədbirinin seçilməsini rəhbər tutur.”

Mətbuat Şurası internet medianın maliyyələşməsinin vaxtının çatdığını bildirib.

İdarə Heyəti hesab edir ki, media məkanında mühüm məsələlərdən biri də reklamla bağlıdır.

“Hazırda KİV-lərimiz ölkənin reklam bazarında zəif təmsil olunurlar. Bu isə onların maliyyə durumuna mənfi təsirini göstərməkdədir. Mövcud durumda dövlət qurumlarına məxsus elan və reklamların KİV-lərdə bölünməsinin həyata keçirliməsi ilə bağlı xarici təcrübənin tətbiqi aktuallaşıb,” məlumatda qeyd edilir.

Mehman Əliyev
Mehman Əliyev

Mehman Əliyev: Mətbuatdan şahtaj vasitəsi kimi istifadə 1990-cı illərin sonlarından başlayıb

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, mətbuatdan şahtaj vasitəsi kimi istifadələr 1990-cı illərin sonlarından başlayıb.

“Bu daha çox hakimiyyətin özündən gələn bir siyasət idi. O zamanlar xəbərdar edirdik ki, bu proses çox pis nəticələrə gətirib çıxara bilər. Biz bu gün feyk xəbərləri görürük, müəyyən şəxslərə qarşı məlumatların, təhlillərin qərəzli formada istifadə olunmasını görürük. Bu həm də gündən-günə şiddətlənir. Məsələ artıq cəmiyyətdə kifayət qədər kritik həddə gəlib çatıb,” o qeyd edib.

Bu təkcə hakimiyyətdaxili problem deyil, həm də hakimiyətlə cəmiyyət arasında olan ciddi problemdir. Hakimiyyət mediadan öz rəqiblərinə qarşı isatifadə edir.
Mehman Əliyev, Turan Agentliynin direktoru


Mehman Əliyev hesab edir ki, hakimiyyət komandası daxilində qrupların və şəxslərin savaşı mövcuddur.

“Burada daha çox maraqlar toqquşur, iqtisadi maraqlar var. Təəssüf ki, məmurların böyük hissəsi bizneslə məşğuldur. Bu, problemdir. Bu təkcə hakimiyyətdaxili problem deyil, həm də hakimiyətlə cəmiyyət arasında olan ciddi problemdir. Hakimiyyət mediadan öz rəqiblərinə qarşı isatifadə edir. Rəqibləri də onlara qarşı mediadan istifadə edir. Bu problem həm də gündən-günə şiddətlənir. Bu nə cəmiyyətə, nə dövlətə bir xeyir gətirməyəcək,” Əliyev bildirib.

"Diffamasiya haqqında" qanun layihəsi dəfələrlə müzakirə edilib

"Diffamasiya haqqında" qanun layihələri 2005-ci, 2011-ci və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub.

Müzakirələrdən sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, insanların mətbuat səhifələrində təhqir olunması məsələsinin geniş yayıldığı zamanda belə qanunun qəbul edilməsi əks effekt yarada bilər.

2014-cü ildən başlayaraq Azərbaycan parlamenti qanunvericilikdə mediada, o cümlədən internet mediasında təhqir və böhtana görə bir neçə dəfə ağırlaşdırcı dəyişikliklər edib.

Son illər ölkədə müstəqil media kimi tanınan bir çox KİV-lər ya maliyyə çətinliyindən qapanıb, ya da onların satlarına girişə blok qoyulub.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

Azər Rəşidoğlu: `Troll jurnalistləri` idarə edənlər vəziyyəti daha da sərtləşdirir

Jurnalist Azər Rəşidoğlu Amerikanın Səsinə bildirib ki, indiki halda “troll jurnalistləri” idarə edən simalar vəziyyəti daha da sərtləşdirir.

İntellektual media sıradan çıxarıldığından sonra minlərlə insan `ruhi xəstələrin` çıxışlarına qulaq asmalı olur.
Azər Rəşidoğlu, jurnalist


“Məsələn, bir sıra veteran media rəhbərləri - Mehman Əliyev, Elçin Şıxlinski, Qulu Məhərrəmli, Arif Əliyev və digərlərinin təzyiqlərə məruz qalmasının fəsadını niyə düşünmürlər? Yəni, dərk eləmək çətindirmi ki, az intellektli insanlar hakimiyyətin ideoloqu kimi təqdim edilə və göstəriş verə bilməz,” o qeyd edib.

Rəşidoğlunun fikrincə, hazırda media siyasəti çox nöqsanlıdır.

“İntellektual media sıradan çıxarıldığından sonra minlərlə insan `ruhi xəstələrin` çıxışlarına qulaq asmalı olur,” o qeyd edib.

XS
SM
MD
LG