Accessibility links

Mətbuat: Hesabat Tramp üçün ziyanverici ola bilər


The New York Times and The Washington Post-un yazdığına görə, ABŞ prezidenti Donald Trampın 2016-cı il seçki kampaniyasına dair hesabatı araşdıran təhqiqatçılar hesabatın Tramp üçün baş prokuror Uilyam Barrın dediklərindən daha ziyanverici olduğunu yazır.

ABŞ-ın baş prokuroru Uilyam Barr xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı hesabatında prezident Donald Tramp və ya onun kampaniyasında işləyən hər hansı şəxsin Rusiya ilə əlaqəsi olduğuna dair heç bir sübut tapmadığını bildirib.

The Washington Post yazır ki, Müller komandası Trampın ədaləti əngəllədiyinə dair topladıqları dəlillər kifayət qədər əsaslı olduğuna inanır.

The New York Times isə Barrın hesabatla bağlı xülasəsisinin ilk fikir olduğunu və fikirlərin yekun hesabatın açıqlanmasından sonra formalaşacağını yazır.

Müller təhqiqatının tənqidçisi olan Tramp yazıb ki, sorğulara görə, çox az adam Rusiya ilə bağlı narahatlığını bildirir, lakin bəzi demokratlar "ifritə ovu"nu saxlamaq üçün mübarizə aparır. Onlar diqqətlərini qanunvericiliyə yönəltməli, və yaxud daha yaxşısı, bu hoqqabazlığın necə başladıldığını araşdırmalıdır - son dərəcə qeyri-qanunidir!

ABŞ Nümayəndələr Palatasının komitəsindəki demokratların əksəriyyəti xüsusi prokuror Robert Müllerin 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı istintaqının hesabatının tam mətninin onlara təqdim edilməsi tələbini səsə qoyub.

Barr isə Böyük Münsiflər Məhkəməsindəki ifadələr kimi bəzi həssas məqamların çıxarılmasından sonra hesabatı aprelin ortalarına doğru təqdim edəcəyini bildirib.

XS
SM
MD
LG