Accessibility links

Məzahir Pənahov: Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb


Məzahir Pənahov

“Artıq neçənci seçkilərdir ki, vebkamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, vebkameralara daxil olmaq çox sadədir:

“Heç bir icazə tələb olunmur. İstənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər. Yer kürəsinin harasında olmasından asılı olmayaraq, istənilən insan Azərbaycanda keçiriləcək seçkiləri izləyə biləcək. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunur. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb”.

Ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG