Accessibility links

Məzahir Pənahov: Bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur


Məzahir Pənahov
Məzahir Pənahov

“Seçki subeyktlərinin hüququnun qorunması bizim borcumuzdur. Buna heç kəs xələl gətirə bilməz”.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

O bildirib ki, məntəqələrdə seçicilərin rahat səs vermək hüququnu təmin etmək üçün şərait yaradılıb.

Ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG