Accessibility links

Qazax müəllimlər seminariyasının 100 illiyi qeyd ediləcək


Qazax müəllimlər seminariyası
Qazax müəllimlər seminariyası

Qazax rayonunda yerləşən (Bakıdan 500 kilometr qərb) Qazax müəllimlər seminariyasının 100 illik yubileyi qeyd ediləcək. Bu barədə prezident İlham Əliyev noyabrın 3-də sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax müəllimlər seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir.

“Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr vermişdir. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar vardır”.

Prezident bildirir ki, Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub.

Gürcüstanda yerləşən Qori Seminariyasının Azərbaycan bölməsinin bazası əsasında yaradılan Qazax Müəllimlər Seminariyası 1918-cı ildə Azərbaycan Xalq Cumhriyyətinin maliyyəsi ilə Qazax şəhərinə köçürülüb. Seminariya sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərib. Seminariyanın Qazaxa köcürülməsində maarifçi Firidun bəy Köçərlinin xidmətləri olub.

Qori seminariyası 1876-cı ildə Gürcüstanın eyni adlı şəhərində yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG