Accessibility links

Maarifləndirici oyuncaq robot [Video]


Maarifləndirici oyuncaq robot
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Bizim yaşadığımız bu kompyuterləşdirilmiş dövrdə bəzi uşaqlar robotlarla oynamaq imkanına sahibdir. Şotlandiyanın Robotical şirkəti uşaqların yeriməyə, rəqs etməyə və hətta futbol oynamağa proqramlaşdıra biləcəkləri oyuncaq robot hazırlayıb. Lakin əylənməklə yanaşı uşaqlar bu oyuncaqdan istifadə edərək məktəbdə robototexnika və kompyuter proqramlaşdırması barədə öyrənəcəklər.

Bu, Marty-dir. O, uşaqların elm və texnologiyaya maraqlarını artırmaq üçün hazırlanıb. Bu robot 3D çap olunmuş hissələrdən düzəldilib və kompyuter və ya smartfon tərəfindən idarə olunur.

Onu xüsusiləşdirən ayaqlarıdır. Biz adi yeriyən robotlarda istifadə olunandan daha az motor istifadə edirik. Onlar önə və arxaya, sağa-sola hərəkət edir və həm də fırlanır. Bu isə normal robotdan fərqlidir, çünki motorların sayını azaltdıqca robotun yerinə yetirə bildiyi hərəkətlər də azalır.
Aleksandr İnok

Yeriyə bilən digər sadə və bahalı robotlardan fərqli olaraq, Martini düzəltmək ucuz başa gəlir. Bundan əlavə isə onun batareyası da daha uzun müddət davam edir, çünki enerjini səmərəli istifadə edir. Bunu robotu ixtira edən Aleksandr İnok deyir.

“Onu xüsusiləşdirən ayaqlarıdır. Biz adi yeriyən robotlarda istifadə olunandan daha az motor istifadə edirik. Onlar önə və arxaya, sağa-sola hərəkət edir və həm də fırlanır. Bu isə normal robotdan fərqlidir, çünki motorların sayını azaltdıqca robotun yerinə yetirə bildiyi hərəkətlər də azalır. Amma Marti yeriyə, rəqs edə, top vura və hətta bir çox başqa maraqlı şeylər edə bilir”, deyə o bildirir.

Hazırda bir çox uşaq məktəbdə kompyuter softveyrləri, mobil telefonları üçün applikasiyalarda və vebsaytlarda istifadə olunan kodları yazmağı öyrənir. İnok deyir ki, Martini proqramlaşdırmaq və ondan istifadə etmək digər robotlara müqayisədə daha asandır. Uşaqlar həm əylənir həm də robot sayəsində kod yazmaq təcrübəsi qazanırlar ki, çoxunun gələcəkdə bu bacarıqlara böyük ehtiyacı olacaq. İxtiraçının səkkiz yaşlı bacısı qızı da kod yazmaq bacarığından istifadə edərək Martini rəqs etdirir.

16 yaşlı bu şagird isə daha müərrəkəb kod yazmaq proqramlarından istifadə edir.

“Təkcə bir alətdən istifadə edərək robototexnikanı öyrənmək çox gözəl təcrübədir”, deyə Yannik Nelson bildirir.

Əyləncəli, eyni zamanda isə maarifləndirici olan bu robot artıq Robotical tərəfindən onlayn satılır. Onun qiyməti isə 128 ABŞ dollarıdır.

XS
SM
MD
LG