Accessibility links

Macarıstanı səsvermə hüququndan məhrum edilə bilər


Avropa İttifaqı Macarıstana qarşı sanksiyaların tətbiqinə dair presedentsiz addım atıb

Avropa İttifaqı Macarıstana qarşı sanksiyaların tətbiqinə dair presedentsiz addım atıb. Bu ölkə sistematik şəkildə demokratik dəyərlərə təhlükə yaratmaqda günhlandırılır.

Avropa Parlamentində keçirilən səsvermədə qanunvericilər 448 lehinə, 197 əleyhinə səslə 7-ci maddə üzrə prosesə başlayıb. Bu proses Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum edə bilər.

Viktor Orban
Viktor Orban

Bu addım ölkənin baş naziri Viktor Orban üçün ciddi bir məsələdir. Belə ki, Avropanı Macarıstanın "illiberal demokratiya" versiyasına yönəltmək üçün həvəslə səy göstərən Orban qüdrətli dünya liderlərindən təcrid oluna bilər.

Orban 8 illik hakimiyyəti dövründə Macarıstanın seçki sistemi, mətbuat azadlığı və məhkəmələrin müstəqilliyinə, habelə anti-mühacirət siyasətinə dair tənqidlərə sinə gərə bilib.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto səsverməni qınayaraq, bunun mühacirət siysətinə görə qisas mahiyyəti daşıdığını deyib. Nazir bitərlərin səslərinin yekun hesablamalara salınmadığı üçün məhkəməyə müraciət ediləcəyini əlavə edib.

48 nəfər bitərəf mövqedən çıxış edib. 645 nümayəndə arasında 448 nümayəndənin səsi lazımi üçdə iki faizi təmin edib. Bitərələrin səsi sayılsa idi, ümümu səs 693 olardı.

Avropa Parlamentinə sanksiyalarla bağlı hesabat təqdim edən holland siyasətçi Cudit Sarqentini səsvermənin nəcələrini alqışlayıb.

"Viktor Orban hökuməti Avropa dəyərlərinə zidd olaraq müstəqil medianı susdurur, hakimləri dəyişir və ziyalıları sıxışdırır. Macar xalqı daha yaxşılarına layiqdir. Onlar azad ifadə, tolerantlıq, ədalət və bərabərliyə layiqdir" - deyə, o əlavə edib.

Avropa Parlamenti Macarıstan və Polşanın Avropa Komissiyasının eyni sanksiyaları üzləşməsinə baxmayaraq, may ayında seçkilər keçirəcək. Seçkilər millətçilər və federalist düşərgələr arasında gərginlik fonunda baş tutacaq.

XS
SM
MD
LG