Accessibility links

Macarıstanın Klubradio-nun lisenziyasını dayandırması beynəlxalq qınağa səbəb olub


Macarıstanın son müstəqil xəbər radio-stansiyasının lisenziyasının dayandırılması beynəlxalq qınağa səbəb olub. Avropa İttifaqı və media üzrə nəzarətçilər bu addımı birliyə üzv olan bu dövlətin demokratiyaya qarşı daha bir hücumu olduğunu deyib.

Qanunun aliliyinə zidd olduğu üçün istintaq altına alınan Macarıstanda "media azadlığı və plüralizmlə bağlı narahatlığımızı bildirdik" - deyə, Klubradio-nun lisenziyasını itirməsindən bir gün sonra, fevralın 10-da Avropa Komissiyasının sözçüsü Kristian Viqand bildirib.

"Radio-stansiyanın işinin dayandırılması bu narahatlıqları daha da ağırlaşdırır" - deyə, Viqand əlavə edib.

Klubradio əsasən Budapeştdə yayımlanırdı və xəbərlər və materialllarında Baş Nazir Viktor Orban hökumətinin tənqidi tez-tez yer alırdı.

2020-ci ilin sentyabrında Macarıstanın Milli Media və İnfo-kommunikasiyalar İdarəsi (NMHH) iki dəfə sənədləri gec təqdim edərək, radio-stansiyanın məcburi qeydiyyat qanununu "dəfələrlə pozduğunu" deyib və Klubradio-nun fevralın 14-də bitən yeddi illik fəaliyyət lisenziyasının müddətini uzatmaqdan imtina edib.

Bu cür qanun pozuntularına görə adətən cərimələr edilir. Lakin NMHH-nin bu addımı hökumətin Macarıstandakı mediaya siyasi təzyiqləri ilə bağlı yeni narahatlıqlar yaradıb.

"Macarıstanda daha bir səs kəsilib. Media azadlığı üçün daha bir kədərli gün" - deyə, Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç Tweeter səhifəsində yazıb.

XS
SM
MD
LG