Macarıstan Sputnik-V peyvəndinin 2 milyon dozasını almaq üçün Rusiya ilə müqavilə imzalayıb. Beləliklə Macarıstan immunizasiya üçün Rusiyadan peyvənd alan ilk Avropa İttifafqı ölkəsi olub.
Yanvarın 22-də Rusiya Səhiyyə naziri Mixail Muraşko ilə birgə brifinqdə danışan Macarıstan Xarici İşlər naziri Peter Szijjarto bildirib ki, peyvəndlərin "böyük miqdarı" üç partiya ilə gətiriləcək. O digər detalların isə daha sonra açıqlanacağını əlavə edib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrovla danışıqlardan sonra Szijjarto bildirib ki, iki milyon dozanın alınması üçün müqavilə imzalanıb ki, bu da bir milyon insanın peyvəndlənməsinə imkan verəcək.
Szijjarto ilk partiya peyvəndin 300 min insana tətbiq edilməsi üçün kifayət edəcəyini, daha sonra isə növbə ilə 500 min və 200 insana tətqbi edilməsi üçün digər iki partiya vaksinin göndəriləcəyini deyib. Lakin o, peyvəndin ilk partiyasının nə vaxt çatdılılacağını deməyib.
Macarıstanın səhiyyə rəsmiləri koronavirusa qarşı iki vaksinin, Britaniyanın Astra Zeneca və Rusiyanın Sputnik-V peyvəndinin istifadəsinə ilkin razılıq verib.
Sputnik-V peyvəndindən istifadəyə icazə altı ay müddətinə etibarlıdır. Bunun daha altı ay uzadıla bilməsi ehtimalı var. Lakin hələ ki, Aİ-nın əczaçılıq tənzimləyicisi olan Avropa Dərman Agentliyi Sputnik-V vaksinindən itifadəni təsdiqləməyib.
Bununla yanaşı agentlik, AstraZeneca əczaçılıq şirkəti və Britaniyanın Oxford Universiteti tərəfindən hazırlanan peyvnəndi də təsdiq etməyib. Qərarın yanvarın 29-da açıqlanacağı gözlənilir.
Avropa Dərman Agentliyi 27 üzvü blokda istifadə üçün yalnız iki peyvəndi - Pfizer-BioNTech və Moderna şirkətləri tərəfindən hazırlanan vaksinləri təsdiqləyib. Sijjarto Macarıstana bu peyvəndlərin kifayət qədər dozanın çatdırılmaması ilə bağlı məyusluğunu ifadə edib.
Əhalisi 10 milyon olan Macarıstan ölkəyə yanvarın 21-nə kimi cəmi 138 mindən çox dozanın tətbiq edildiyini bildirir. Pandemiya başlayandan Macarıstanda 354 mindən çox yoluxma və 11,713 ölüm halı qeydə alınıb.
"Rusiya kimi biz də koronavirus pandemiyası səbəbindən iqtisadi və tibbi problemlərlə qarşılaşırıq. Təəssüf ki, Macarıstana peyvənd tədarükü çox ləng oldu" - deyə, Szijjarto Lavrovla keçirilən danışıqların əvvəlində bildirib.
Macarıstan Baş naziri Viktor Orbanın dövlət radiosunda bildirib ki, sürətli kütləvi peyvəndlərə nail olmağın ən yaxşı yolu bir neçə vaksindən istifadəyə icazə verməkdir, çünki rəqabət istehsalçıları daşınmaları sürətləndirməyə məcbur edəcək.
Orban həmiçini Macarıstanın əhalinin kütləvi şəkildə peyvndlənməsinə qədər koronavirus məhdudiyyətlərini ləğv edə bilməyəcəyini deyib.
"Açıqlamalara ehtiyacımız yoxdur, peyvəndlərə ehtiyacımız var" - deyə, Orban bildirib.
Eyni zamanda, rəsmi Budapeşt Sinofarm peyvəndi almaq üçün Çinlə də danışıqlar aparır.