Macarıstan parlamenti müxalifətin etirazına baxmayaraq, hakim Fidesz partiyasının üzvü Canos Aderi prezident vəzifəsinə təyin edib. Bir neçə müxalifət partiyası səsverməni boykot edib. Lakin hakim partiyanın parlamentdə əksəriyyət təşkil etməsi Aderin asanlıqla təsdiqinə yol açıb. Vəkil Ader baş nazir Viktor Orbanın yaxın müttəfiqidir. O, son üç ili Avropa Parlamentinə üzv olub. Tənqidçilər onun baş nazirlə yaxınlığının vəzifəsini adekvat şəkildə yerinə yeriməsinə mane olacağını deyir. Cənab Ader sabiq prezident Pal Şmitti əvəz edəcək. O, ötən ay 1992-ci ildə doktorluq işinin plaqiatorluq olduğu aşkar edildikdən sonra istefa verib.
Macarıstanın Fidesz partiyasının üzvü Canos Ader prezident vəzifəsinə təyin edilib
- Amerikanın səsi