Accessibility links

Mançesterdə bomba hücumunun Salman Abedi adlı şəxs tərəfindən törədildiyi bildirilir


Britaniya polisi bazar günü gecə Mançesterdə amerikalı pop müğənni Ariana Qrandenin konserti zamanı özünü partladan intiharçı bomba hücumçusunun Salman Abedi adlı şəxs olduğunu bildirib.

Mançester polis idarəsinin rəisi İan Hopkins çərşənbə axşamı müxbirlərin suallarını cavablandırıraq bildirib ki, hücumu törədən şəxsin 22 yaşlı Salman Abedi olduğu müəyyən edilib. Lakin o əlavə detalları açıqlamayıb.

Mançester şəhərində bomba hücumuna görə məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb. Hücum nəticəsində 22 nəfər həyatını itirib, 59 nəfər yaralanıb.

Terrorçu qrup "səlibçilər" adlandırdığı insanlara qarşı hücumun "xilafət əsgəri" tərəfindən törədildiyini bildirib. Polisin bildirdiyinə görə, partlayış zamanı ölənlərin əksəriyyəti uşaqlar və yeniyetmə gənclərdir.

Britaniya polisi hücumçunun özü ilə əldə hazırlanmış partlayıcı qurğu gətirdiyini və onu partladandan sonra hadisə yerində öldüyünü bildirib.

Polis çərşənbə axşamı hadisənin baş verdiyi ərazidə yaşayış binaları ətrafındakı yerlərdə reydlər keçirib. Polis işçiləri Mançesterin cənub hissəsində hücumla bağlı 23 yaşlı bir nəfəri həbs edib, lakin onun hücumla hansı şəkildə əlaqəsi olduğu ilə bağlı heç bir məlumat açıqlamayıb.

Partlayış 21 min nəfərlik Mançester Arena konsert zalında Qrandenin konsertinin sonunda baş verib.

XS
SM
MD
LG