Accessibility links

Makron: Biz Ukrayna limanlarının blokadadan çıxarılacağına ümid edirik


Fransa prezidenti Putinə blokadada olan Ukrayna limanlarından taxılın buraxılması ilə bağlı BMT Təhlükəsizlik Şurasında qətnamə layihəsi hazırlamağı təklif edib.

Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketinin qəbulundan sonra yaxın həftələrdə əlavə sanksiyalar baxımından heç nəyi istisna etmək olmaz.

Brüsseldə keçirilən Aİ sammitindən sonra jurnalistlərə açıqlama verən Makron Ukraynadan daha çox ərzaq ixracını təmin etmək üçün yaxın günlərdə və həftələrdə Rusiya ilə razılığın əldə olunacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə prezidentləri arasında məsələ ilə bağlı son danışıqlar “müsbət nəticələrə” gətirib çıxarıb.

"Ümid edirəm ki, yaxın bir neçə gün və ya həftələrdə bu vəziyyəti həll etmək mümkün olacaq" – deyə, Fransa prezidenti əlavə edib.

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şoltsla son söhbəti zamanı Makron deyib ki, o, Putinə Ukraynanın blokadadakı limanlarından taxılın azad edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini hazırlamağı təklif edib.

“Ukraynalılara təhlükəsizlik zəmanəti verilməlidir ki, onların gəmiləri hücuma məruz qalmasın,” Makron bildirib. “İndi biz bu məsələ ilə bağlı Rusiyanın cavabını gözləyirik və BMT-nin baş katibi ilə əlaqə saxlayırıq,” Fransa prezidenti əlavə edib.

XS
SM
MD
LG