Accessibility links

Macy’s Ticarət Mərkəzinin Müstəqillik Günü atəşfəşanlıq şousu 6 milyon dollara başa gəlir


1776-ci il iyulun 4-də ölkənin qurucu ataları tərəfindən müstəqillik deklarasiyası imzalanıb və o vaxtdan həmin gün ABŞ-ın Müstəqillik Günü kimi qeyd olunur.

Hər il Amerikada Müstəqillik Günü münasibəti ilə 14 mindən çox atəşfəşanlıq tədbriləri təşkil olunur.

4 iyul tarixində yaşanan möhtəşəm bayram əhval-ruhiyyəsi amerikalıların həyatında önəmli yer tutur və bir ənənəyə çevrilib. Hər il ölkədə 14 mindən çox atəşfəşanlıq tədbriləri təşkil olunur. Lakin Macy’s ticarət mərkəzinin təşkil etdiyi atəşfəşanlıq şousu ən möhtəşəmi sayılır. Macy’s artıq 40 ildir ki, Nyu York şəhərinin East River sahillərində hər il iyulun 4-ü insanları möhtəşəm atəşfəşanlıq şousu ilə valeh edir. Bu şou ticarət mərkəzinə 6 milyon dollara başa gəlir. Xəbəri ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində yayıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Müstəqillik Günü bayramını sabah, iyulun 5-də qeyd edəcək.

XS
SM
MD
LG