Accessibility links

ABŞ-ın ilk qadın Dövlət Katibi - Madlen Olbrayt vəfat edib


ABŞ-ın ilk qadın Dövləti Katibi Madlen Olbrayt bu gün 84 yaşında xərçəng xəstəliyi nəticəsində vəfat edib. Bu barədə onun ailəsi məlumat verib.

Prezident Bil Klinton 1996-cı ildə Olbraytı ABŞ-ın baş diplomatı təyin etmişdi. O, bu vəzifədə Klinton administrasiyasnın son dörd ilində çalışıb. Həmin dövr Olbrayt ABŞ hökuməti tarixində qadınlar arasında ən yüksək vəzifədə idi.

Madlen Olbrayt 1937-ci ildə Çexoslavakiyada anadan olub və 11 yaşında ailəsi ilə bərabər ABŞ-a mühacirət edib.

XS
SM
MD
LG