İspaniya hökumətinin Katalan separatçıları ilə danışıqlarına etiraz etmək məqsədi ilə bazar günü minlərlə insan paytaxt Madriddə yürüş keçirib.
İspan bayraqları dalğalandıran mühafizəkar Xalq Partiyası ilə ifrat sağçı Vox partiyasının tərəfdarları baş nazir Pedro Sançezin istefasını tələb edib.
Katalan seperatçılarının xahişi ilə Sançez höküməti ötən həftə siyasi partiyalar arasında danışıqlara müstəqil məruzaçi təyin olunmasına razılıq verib. İfrat sağçı siyasətçilər və onların tərəfdarları isə bu qərara görə höküməti xəyanətdə ittiham edib.
Bazar günü baş tutan yürüş 2017-ci ildəki ayrılma cəhdindəki rollarına görə üsyanda ittiham olunan Katalan seperatçı liderlərinin məhkəməsindən iki gün sonraya təsadüf edib.
Sançez iyun ayında korrupsiya skandalına görə etirazlarla qarşılaşan Mariano Rahoydan sonra Katalan millətçi partiyasının dəstəyi ilə iqtidara gəlib.