Accessibility links

Maduro hökuməti Quaydoya 15 illlik siyasi qadağa qoymaq istəyir


Venesuela müxalifətinin lideri Xuan Quaydonun 15 il ərzində vəzifədə olmağa qadağa qoyması qərarından bir neçə saat sonra, o cümə axşamı axşam Karakasda az gəlirli məhəllələrdəki tərəfdarlarına müraciət edib.

Mən bu rejimə son qoymaq üçün daim yanınızdayam.

ABŞ və onlarla digər ölkə tərəfindən millətin müvəqqəti prezidenti kimi tanınan Venesuelanın müxalifət lideri Quaydo Venesuela prezidenti Nikolas Maduronun onu açıq şəkildə hökümətə nəzarət etməyə maneə törətməyə çalışmaqda ittiham edərək tərəfdarlarını səssiz qalmamağa çağırıb.

"Mən bu rejimə son qoymaq üçün daim yanınızdayam. Bilirsiniz məni nə qədər həbs etmək istəyiblər? Sizinlə küçələrdə olduğum hər gün hökümət üçün daha bir məğlubiyyətdir. İndi mən onları küncə sıxışdırmışam. Çünki əgər onlar məni həbs etsələr, insanlar yenə də küçələrə çıxacaq, çünki biz Azadlıq planımızı həyata keçirmək üçün və Venesuela azad olana qədər daha çox küçələrə çıxacayıq,” Venesuelanın müxalifət lideri Xuan Quaydo deyib.

Venezuela müxalifətinin nümayişləri. 2 fevral, 2019
Venezuela müxalifətinin nümayişləri. 2 fevral, 2019

Venezuelaya yük və hərbi personal dəstəyi verən Rusiya tərəfindən dəstəklənən Maduro, özünü ABŞ-ın hədəfi olduğunu və Vaşinqton və Guayidonun Venesuelanın elektrik şəbəkəsini hücum etməkdə günahlandırıb.

Həm ABŞ, həm Venesuela müxalifəti, həm də bir çox elektrik mütəxəssisi, ölkənin elektrik cərəyanlarının kəsilməsinə səbəb kimi laqeyd və pis idarəçiliyi görürlər.

XS
SM
MD
LG