Accessibility links

Maduro hökumətini dəstəkləyən Kuba yeni ABŞ sanksiyaları ilə üzləşir


Maduro hökumətini dəstəkləyən Kuba yeni ABŞ sanksiyaları ilə üzləşir
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Tramp administrasiyası çərşənbə günü Havananın Venesuelanın sosialist prezidenti Nikolas Maduroya dəstəyinə son qoyması istiqamətində təzyiq göstərmək məqsədilə Kubaya qarşı yeni sanksiyalar tətbiq etmiş və digər cəza tədbirlərinə əl atmışdır.

Obama administrasiyası dönəmində Kubaya məhdudiyyətlər yüngülləşdirilmişdi.

Kubaya qarşı tədbirlər arasında ABŞ vətəndaşlarının Kubaya adambaşı hər rüb 1000 dollaradək pul göndərmək limitinin bərpası və bəzi tranzaksiyalara son qoymaq məqsədilə edilmiş dəyişikliklər daxildir ki, ABŞ bu tranzaksiyaların Havanaya sanksiyaları yan keçib, sabit valyutaya çıxış əldə etməsinə imkan yaratdığını bildirir.

“Mən düşünmürəm ki, Birləşmiş Ştatlar bizim xalqımız üçün xeyirli olan ticarət, mədəniyyət və inşaat layihələri ilə əlaqələri olan ölkələrə qarşı tədbirlər görəcək,” Kuba sakini deyir.

ABŞ-dan Kubaya pul köçürmələri Obama 2009-cu ildə məhdudiyyətləri yüngülləşdirəndən sonra artıb. Bu pul köçürmələri Kuba iqtisadiyyatının mühüm tərkib hissəsinə çevrilib və insanları ilkin kapitalla təmin edərək özəl sektorun inkişafına gətirib çıxarıb.

Kuba hökuməti Venesuelanın avtoritar lideri Nikolas Maduroya dəstək verir.
Kuba hökuməti Venesuelanın avtoritar lideri Nikolas Maduroya dəstək verir.

Bundan əlavə Birləşmiş Ştatlar amerikalıların Kubaya “qeyri-ailə məqsədi” ilə səyahətlərini məhdudlaşdıracağını bildirib və ABŞ-ın sanksiya siyahısına əlavə olunan beş yeni şirkət arasında Kuba ordusuna məxsus Aerogaviota hava yollarının olduğunu bildirib.

“Bu, hiddətdir, vəhşilikdir. Bunu yalnız bir dəli edə bilər. Bu, bir sıra beynəlxalq problemlərə yol açacaq. 60 il öncə burada əmlaklarını itirənlərə kompensasiya ödəmək cəhdi oldu, amma qəbul olunmadı. İndi isə 60 il sonra onlar bu məsələni yenidən qaldırmaq istəyir. Fikrimcə, Kuba müəyyən hallarda razılıq əldə edə biləcək, amma hər zaman deyil”, Kuba vətəndaşı Aqustin Fernandez bildiir.

Bu, hiddətdir, vəhşilikdir. Bunu yalnız bir dəli edə bilər. Bu, bir sıra beynəlxalq problemlərə yol açacaq.

Vaşinqton çərşənbə günü ABŞ vətəndaşlarının Fidel Kastronun 1959-cu ildə etdiyi inqilabdan sonra Kubanın kommunist hökümətinin ələ keçirdiyi əmlaklardan istifadə edən xarici şirkətləri məhkəməyə vermələrinə qarşı tətbiq olunan qadağanı qaldırdığını elan edib. Prezident Donald Trampın bu qərarı şirkətlərinin Kubada böyük maraqları olan avropalı və kanadalı müttəfiqlərinin tənqidlərinə səbəb olub.

Yeni xarici investisiya cəlb etmək imkanlarının məhdudlaşacağı Kuba höküməti Ağ Evin addımını “beynəlxalq qanuna hücum” adlandırıb.

XS
SM
MD
LG